Ötən gecə Quba rayonunda müşahidə olunan güclü yağışdan sonra Quba-Xınalıq yolunun 30-cu kilometrliyində torpaq sürüşməsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, səhər saatlarında sürüşmə nəticəsində yol bağlanıb.
Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yolun hərəkət üçün açılması təmin edilib.
Hazırda həmin ərazidə torpaq sürüşməsi davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu