“Azərbaycanda Ukraynadan da təlatümlü hadisələr baş verə bilər”

ADP sədrinin I müavini Həsrət Rüstəmov Moderator.az-a açıqlamasında Ukraynadakı proseslərin Azərbaycanda təkrarlanma ehtimalını şərh edib. H.Rüstmovun sözlərinə görə, baş verən proseslərin Azərbaycana bu və ya digər dərəcədə təsir göstərəcəyi birmənalıdır:

“Təbii ki, post-sovet ölkələrinin hər birində, o cümlədən yaxın dövlətlərdə baş verən hadisələrin Azərbaycan üçün təsirsiz ötəşmədiyi birmənalıdır. Əgər kimsə bu olayların Azərbaycan üçün təsirsiz ötüşəcəyini düşünürsə, yanılır. Bu cür fikirlər müəyyən məqsədlə səsləndirilən fikirlərdir. Uzun zaman biz digər post-sovet ölkələri ilə birlikdə eyni geosiyasi məkanda yaşamışıq. Ukrayna ilə də sıx əlaqələrimiz var. Azərbaycan və Ukraynada situasiyalar kifayət qədər bir-birinə oxşardır. Bu baxımdan hesab edirəm ki, Ukraynadakı proseslər Azərbaycana da təsir edəcək. Bu olaylar digər keçmiş sovet dövlətlərinə də təsir göstərəcək”.

H.Rüstəmovun sözlərinə görə, ADP Ukrayna olaylarının Azərbaycana müsbət mənada təsirində maraqlıdır və demokratiyaya keçidin ağrısız reallaşdırılması üçün bu olaylardan lazımı nəticələrin çıxarılmasıni zəruri hesab edir:

“Şübhəsiz ki, biz bu təsirin pozitiv yöndə olmasını arzulayırıq Söhbət ondan getmir ki, Ukraynada baş verən hadisələr olduğu kimi Azərbaycanda da baş verməlidir və ya baş verəcək. Sadəcə, Ukraynadakı hadisələrdən Azərbaycan xalqı, Azərbaycan siyasi hakimiyyəti və müxalifəti özü üçün müəyyən nəticələr çıxartmalıdır. Mən bu cür təsiri daha çox arzuedilən hesab edirəm. Demokratiyaya sakit, ağrısız keçidin baş tutmasına çalışmaq lazımdır. Əks halda Azərbaycanda Ukraynadan da ciddi təlatümlü hadisələr baş verə bilər. Biz bu cür ağrılı proseslərin baş verməsini arzulamırıq. Biz ölkədə demokratiyaya yumşaq keçidin baş verməsində maraqlıyıq. Istəyirik ki, Azərbaycan xalqının heç bir nümayəndəsi bu keçid prosesindən zərər görməsin”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

End of content

No more pages to load

RADİO