ABŞ ilk mərhələdə İranın dondurulmuş vəsaitlərindən 12 milyard dolları sərbəst buraxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hümməti bəyan edib.
Mərkəzi Bankın rəhbəri bildirib ki, İran sərbəst buraxılan vəsaitləri əsas ehtiyac malları və dərmanların idxalı üçün istifadə etmək niyyətindədir.
Onun sözlərinə görə, respublika hər il birinci dərəcəli ehtiyac mallarının idxalına 10-12 milyard dollar, ümumilikdə isə təxminən 15 milyard dollar xərcləyir.
Qeyd edək ki, iyunun 21-də İsveçrədə ABŞ və İran arasında anlaşma memorandumunun detallarının müzakirə olunduğu texniki danışıqlar keçirilib.
Bizim.Media