“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

Onun sözlərinə görə, imtahanla bağlı yaranan stressi DİM yaratmır və imtahan özü də təkbaşına bu stressi formalaşdırmır:

"Daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir. Apardığımız anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 %-dən çoxu bildirir ki, onlarda stressin yaranmasına əsas səbəb valideynlərin gözləntiləridir. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır. Ümumilikdə isə hər bir imtahan müəyyən qədər streslidir. Hər yeni situasiya insanda təbii olaraq gərginlik yarada bilər. Biz isə bu stressin səviyyəsini ölçmürük, bizim məqsədimiz hər kəs üçün eyni və ədalətli şərait yaratmaqdır".

DİM sədri vurğulayıb ki, imtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o artıq tamamilə müstəqil olur və heç kimdən asılı olmadan yalnız öz biliklərinə əsaslanaraq cavab verir:

"Şagird özünü idarə etməyi bacarmalıdır, öz vaxtını düzgün bölməyi bacarmalıdır və ona heç kim nəzarət edərək təzyiq göstərə bilməz. Bu, daha stressiz bir mühit yaradır, nəinki kiminsə qarşısında oturub onun suallarına cavab vermək. Müəyyən stress var, bu da təbiidir. Ümumilikdə, hər hansı fəaliyyətin qiymətləndirilməsi, yaxud insanın biliklərinin yoxlanılması özü də stress yaradır. Amma bu stressi idarə etmək insanın vacib bacarıqlarından biridir və bunu yalnız mərkəzləşdirilmiş imtahan sistemi formalaşdıra bilməz".

M.Abbaszadə əlavə edib ki, bu bacarıq məktəbdə, ailədə və valideynlərin düzgün yanaşması ilə formalaşır:
 

"Çünki uşaq dünyaya gələndə onun mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil. Təəssüf ki, bəzən valideynlərdə bu cür yanaşma müşahidə olunur və bu da uşaqlarda əlavə təzyiq yaradır. Bunu müşahidə edirik və valideynlərə daim müraciət edirik.


Açıq qapı günlərini də məhz bu məqsədlə təşkil edirik ki, valideynlər gəlib sistemi görsünlər, suallarını versinlər və narahatlıqlarını bölüşsünlər. Lakin gözlədiyimiz qədər iştirak olmur. 150 nəfərlik zalın dolduğunu heç görməmişəm. Çox az adam gəlir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

End of content

No more pages to load

RADİO