İran ABŞ ilə imzalanan memorandum çərçivəsində öz öhdəliklərini yerinə yetirəcək, lakin Tehran Vaşinqtona etibar etmir.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.
"Biz ABŞ-yə qarşı etibarsızlıq nümayiş etdiririk, çünki danışıqlar zamanı iki dəfə hücuma məruz qalmışıq. Bununla belə, biz hər zaman dialoqa və sülhə hazır olmuşuq və hazırıq", – deyə Pezeşkian qeyd edib.
Pezeşkian həmçinin vurğulayıb ki, İran qanunsuz və qeyri-insani tələblər qarşısında "baş əymək" niyyətində deyil.
"Əgər qarşı tərəf öz öhdəliklərinə sadiq qalsa və razılaşdırılmış çərçivədən kənara çıxmasa, biz də öhdəliklərimizə uyğun hərəkət edəcəyik", – deyə respublika rəhbəri əlavə edib.
Bizim.Media