Gürcüstanda hakimiyyət dəyişikliyi olacaqmı? – POLİTOLOQDAN ŞƏRH

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkəsinə geri qayıtmasından sonra siyasi arenada ciddi rəqabət müşahidə olunur. Xüsusilə də, Saakaşvilinin həbsindən sonra Mişanın tərəfdarları İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətə qarşı etiraz səslərini ucaldıblar. Və ilkin olaraq Tiflis şəhərində 100 minə yaxın etirazçının bir araya gəlməsi Saakaşvilinin həbsdən buraxılması adı altında baş verib. 
 

Belə olan halda isə ümumilikdə son həftələrdə siyasi aktivliyin müşahidə olunduğu ölkədə bu qədər geniş masştablı mitinqin təşkil olunması hakimiyyət uğrunda ciddi rəqabətin olacağının siqnallarını indidən verir. Ələxsus da, ay sonunda Gürcüstanda keçiriləcək parlament seçkilərində.


Lakin bu ölkədə baş verənləri sadəcə Saakaşvilinin hakimiyyətə gəlmək üçün hazırki baş nazir İrakli Qaribaşvili ilə mübarizəsi kimi xarakterizə etmək o qədər də doğru olmazdı. Belə ki, hər iki tərəfin beynəlxalq siyasətin böyük aktolarından ciddi dəstək aldığı məlumdur.

Bu cür ideyalarla həmfikir olduğunu dilə gətirən politoloq Cümşüd Nuriyev Bizim.Media-ya verdiyi açıqlamasında əvvəlcə hal-hazırda Gürcüstanda hökm sürən vəziyyəti analiz edib:

“Təbii ki, Saakaşvili ABŞ-ın layihəsidir. Gürcüstandakı qarşıdurma isə artıq kifayət qədər yeni müstəviyə keçib və gərginləşib. Azərbaycan öz ərazi bütövlüyün bərpa etdikdən sonra bu Gürcüstan üçün də bir stimul oldu. Artıq gürcülər də öz ərazi bütövlüklərini bərpa etmək istəyirlər (Abxaziya və Cənubi Osetiyada). Belə ki, həmin ərazilər hüquqi olaraq Gürcüstan ərazisi hesab olunsa da, Rusiya qoşunları həmin ərazidə yerləşib. Bundan əlavə Abxaziya və Cənubi Osetiyada yaşayan əhali isə Rusiya pasportuna yiyələniblər. Təbii ki, bu digər ölkənin ərazisinə qarşı açıq təcavüzdü”. 
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili aclığa nə vaxt son qoyacaq? - Vəkilindən AÇIQLAMA


Eks-deputat daha sonra Saakaşvilinin və tərəfdarlarının niyyətlərindən söz açıb:

“Bu və ya digər formada Qaribaşvilinin Bidzina İvanişvilinin adamı olduğunu nəzərə alsaq, təbii ki, Gürcüstanda qarşıdurma yeni mərhələyə keçməli idi. Saakaşvili bir növ özünü Gürücüstanın ərazi bütövlüyü, ölkəsinin Rusiyanın təsiri altından çıxması üçün qurban verib. Bundan əlavə Saakaşviliyə xalqın böyük dəstəyi var və Tiflisin küçələrində artıq 100 minlərlə insan axınına şahid olduq. Təbii ki, onlar ilk növbədə Saakaşvilinin azadlığa çıxması üçün çalışacaqlar. Buna nail olub-olmayacaqlarını isə, yaxın bir neçə gündə daha aydın görə biləcəyik”. 

Gürcüstanda cərəyan edən prosesləri ABŞ-Rusiya rəqabəti kimi xarakterizə edən Cümşüd Nuriyev hazırki vəziyyətin Azərbaycanın lehinə olmasını da fikirlərinə əlavə edib:
 

“Bütün baş verənlərə baxmayaraq, hal-hazırda Gürcütandakı olayları ABŞ-Rusiya rəqabəti kimi xarakterizə edə bilərik.


Ümumilikdə Gürcüstanda toqquşan maraqlar Cənubi Qafqazda sülhün dayanıqlılığına mənfi təsir göstərsə də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını sürətləndirəcək. Çünki Gürcüstan artıq yuxarı Lars yolunu da bağlayıb və ermənilərin Abxaziyadakı xəyanətindən sonra yenidən Cavaxetiyaya haqq iddiası irəli sürməsi, gürcü xalqının bu hadisələri Rusiyanın planı kimi görməsinə gətirib çıxarıb. Ona görə də, Gürcüstanın Rusiya ilə qarşıdurması və Ermənistanın vəziyyətdən istifadə etməsi, istənilən halda Azərbaycanın lehinədir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO