100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Yay mövsümündə Azərbaycanda daxili turizm canlanır, minlərlə insan istirahət üçün bölgələrə üz tutur. Lakin qiymətlərin artdığı bir dövrdə vətəndaşları ən çox düşündürən məsələlərdən biri məhdud büdcə ilə istirahətin nə dərəcədə mümkün olmasıdır. Xüsusilə 100 manat büdcə ilə iki günlük istirahət edib-etməməyin mümkün olub-olmaması bu yay ən çox müzakirə olunan mövzulardan biridir.

Maraqlıdır, Azərbaycanda 100 manat büdcə ilə hansı rayonlarda iki günlük istirahət etmək mümkündür? Bu yay büdcə dostu olan istiqamətlər hansılardır və onları sərfəli edən əsas amillər nələrdir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, yay mövsümündə həm xarici ölkələrə, həm də Azərbaycanın regionlarına səyahət edənlərin sayı əhəmiyyətli dərəcədə artır.

Onun sözlərinə görə, bu il əvvəlki illərlə müqayisədə Qarabağ istiqamətinə maraq daha yüksək olub.

"Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində turist fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Bu bölgələrə marağın yüksəlməsi daxili turizmin inkişafına da müsbət təsir göstərir".

Ekspert həmçinin vurğulayıb ki, turizm sektorunda qiymətlərin formalaşması bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. O qeyd edib ki, hotellər və digər yerləşmə obyektləri özəl sektora məxsus olduğundan qiymətlər də bazar şərtlərinə uyğun müəyyənləşdirilir:

"Bu sahədə dövlətin sahibkarlara göstərdiyi dəstək, o cümlədən vergi güzəştləri və əlverişli investisiya mühiti qiymətlərin nisbətən sabit qalmasına kömək edir. İnvestisiya mühitinin yaxşılaşdırılması regionlarda yeni otellərin, hostellərin və kotteclərin tikilməsini stimullaşdırır. Yerləşmə obyektlərinin sayı artdıqca rəqabət güclənir, bu da qiymətlərin balanslı səviyyədə qalmasına şərait yaradır".

Ekspert hesab edir ki, turizmə tələbatın artması insanların sosial rifahının yüksəldiyini göstərən amillərdən biridir:

"İnsanlar ilk növbədə gündəlik zəruri xərclərini - geyim, kommunal ödənişlər və digər əsas ehtiyaclarını qarşılayırlar. Bundan sonra isə istirahət və səyahət üçün büdcə ayırırlar. Azərbaycan vətəndaşlarının səyahət imkanlarının genişlənməsi onların sosial vəziyyətinin yaxşılaşdığını göstərir".

R.Quliyev onu da əlavə edib ki, 100 manat büdcə ilə Azərbaycanın regionlarında iki günlük istirahət etmək mümkündür. Onun sözlərinə görə, bu baxımdan ən münasib istiqamətlər sırasında Şəki, Qax və Balakən xüsusi yer tutur:

"Bu gün regionlarda yerli sakinlər evlərini turistlərə günlük 30-50 manata kirayə verirlər. Eyni zamanda, 40-50 manat qiymət aralığında fəaliyyət göstərən hostel və aşağı büdcəli kotteclər də var. Məhz buna görə 100 manat büdcə ilə Şəki, Qax və Balakən bölgəsində iki günlük istirahət planlaşdırmaq mümkündür. Təbii ki, söhbət lüks hotellərdən deyil, orta və aşağı büdcəli yerləşmə obyektlərindən gedir. Büdcə düzgün planlaşdırıldığı halda turist həm gecələmə, həm də əsas istirahət xərclərini qarşılaya bilər".

Ekspert onu da diqqətə çatdırıb ki, 3, 4 və 5 ulduzlu hotellərdən 50 manata yüksək səviyyəli xidmət gözləmək düzgün yanaşma deyil:

"Xüsusilə 4 və 5 ulduzlu hotellərdə əməkhaqlarının artması, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması, qida təminatı, geniş menyu seçimi, yay mövsümündə otaqların soyudulması və kommunal xərclərin artması qiymətlərə birbaşa təsir göstərir. Bu səbəbdən həmin kateqoriyaya aid hotellərdə qiymətlərin 50 manatdan yuxarı olması qaçılmazdır. Lakin 3 ulduzlu və daha aşağı kateqoriyalı yerləşmə obyektlərində bir nəfərin təxminən 50 manat büdcə ilə regionlarda istirahət etməsi mümkündür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

End of content

No more pages to load

RADİO