Füzulinin işğaldan azad edilməsindən 1 il ötür - VİDEO

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
 

Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu.


Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub.
 

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.


Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin Almaniyaya səfəri ilə bağlı VİDEO paylaşılıb

Prezidentin Almaniyaya səfəri ilə bağlı VİDEO paylaşılıb

Ukraynadan Aİ-yə çağırış: Rusiyaya təzyiqlər artırılsın

Ukraynadan Aİ-yə çağırış: Rusiyaya təzyiqlər artırılsın

Ukrayna dronları Soçiyə hücum etdi - VİDEO

Ukrayna dronları Soçiyə hücum etdi - VİDEO

FAKTİKİ HAVA: Kəlbəcərdə güclü külək əsib

FAKTİKİ HAVA: Kəlbəcərdə güclü külək əsib

İlham Əliyev: “Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”

İlham Əliyev: “Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”

Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”

Qaluzin: “Rusiya, ABŞ və Ukrayna razılığa gəldi”

Obama meymunlarla bağlı qalmaqallı videoya ilk dəfə münasibət bildirdi

Obama meymunlarla bağlı qalmaqallı videoya ilk dəfə münasibət bildirdi

XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir - FOTO

XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir - FOTO

Britaniya Prokurorluğu: Kral ailəsinin üzvləri qanundan üstün deyil

Britaniya Prokurorluğu: Kral ailəsinin üzvləri qanundan üstün deyil

Çempionatda 1/4 final mərhələsi başladı - Şəhriyar Məmmədyarov qələbə qazandı

Çempionatda 1/4 final mərhələsi başladı - Şəhriyar Məmmədyarov qələbə qazandı

Danimarkanın baş naziri: Qrenlandiyalılar amerikalı olmaq istəmir

Danimarkanın baş naziri: Qrenlandiyalılar amerikalı olmaq istəmir

Orban: “Macarıstan üçün Avropa İttifaqı Putindən daha təhlükəlidir”

Orban: “Macarıstan üçün Avropa İttifaqı Putindən daha təhlükəlidir”

Prezidentin sosial media hesablarında Münxendə keçirdiyi görüşlərlə bağlı PAYLAŞIM edilib

Prezidentin sosial media hesablarında Münxendə keçirdiyi görüşlərlə bağlı PAYLAŞIM edilib

Rusiyada keçmiş milis əməkdaşı 15 il zibillikdə gizlənib

Rusiyada keçmiş milis əməkdaşı 15 il zibillikdə gizlənib

“Danone” QALMAQALI – Təhlükə saçan uşaq qidalarını ölkəyə qeyri-qanuni gətirənlər KİMDİR? – FOTO

“Danone” QALMAQALI – Təhlükə saçan uşaq qidalarını ölkəyə qeyri-qanuni gətirənlər KİMDİR? – FOTO

"Neftçi" bu gün "Kəpəz"lə üz-üzə gələcək

"Neftçi" bu gün "Kəpəz"lə üz-üzə gələcək

Hindistanlı proqramçı robot-tozsoranın yaddaşından bütün məlumatları ələ keçirdi - HƏR KƏS ŞOKDA

Hindistanlı proqramçı robot-tozsoranın yaddaşından bütün məlumatları ələ keçirdi - HƏR KƏS ŞOKDA

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Hillari Klinton: Tramp Qərbə xəyanət edib — VİDEO

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

Peskov Putini TƏRİFLƏDİ

Peskov Putini TƏRİFLƏDİ

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

Rusiyada daha bir neft anbarına zərbə ENDİRİLDİ

End of content

No more pages to load

RADİO