Britaniya Prokurorluğu: Kral ailəsinin üzvləri qanundan üstün deyil

Böyük Britaniya kral ailəsinin üzvləri ölkənin digər vətəndaşları kimi qanundan üstün deyillər.

Bizim.Media xəbər verir ki, bu barədə Kral Prokurorluq Xidmətinin direktoru Stiven Parkinson “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.
 

“Heç kim qanundan üstün deyil. Mənim işim qanunun icrasını təmin etməkdir və bunu qorxu və ya üstünlük göstərmədən edirəm. Maraqlı tərəfin statusu bu prosesə təsir göstərmir”, — deyə Parkinson vurğulayıb.


Onun açıqlaması Temza Vadisi polisinin Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzor barəsində başladığı araşdırma ilə bağlıdır. Hüquq-mühafizə orqanları onun pedofiliya ittihamı ilə ifşa olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynə məxfi məlumat ötürməsi ilə bağlı iddiaları araşdırır.

Söhbət Endryu Mauntbetten-Vindzorun hələ şahzadə və York hersoqu titullarını daşıdığı dövrdən gedir. O, 2001–2011-ci illərdə Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
 

Sky News telekanalının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi “Epşteyn dosyesi” adlanan sənədlər toplusunda gələcək kralın qardaşının 2010-cu ilin noyabrında maliyyəçiyə Vyetnam, Sinqapur və Çin (Honqkonq və Şençjen) səfərləri barədə mesajlar göndərdiyinə dair məlumat yer alır.


The Sunday Times qeyd edir ki, əgər polis Endryu Mauntbetten-Vindzora qarşı rəsmi ittiham irəli sürərsə, o, müasir tarixdə ciddi cinayət üzrə məhkəmə qarşısına çıxarıla biləcək ilk britaniya kral ailəsi üzvü olacaq.

Fevralın 9-da Böyük Britaniya kralı III Çarlz qardaşının Epşteynlə əlaqələrinin araşdırılması çərçivəsində polisə kömək göstərməyə hazır olduğunu bəyan edib. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi – VİDEO

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

SEPAH hədələdi: "Müharibə başlasa, daha dağıdıcı silahlar işə düşəcək"

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

Livan prezidenti Roma Papasından İsrailə qarşı KÖMƏK İSTƏDİ

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

28 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

TƏBİB-in sabiq departament rəhbərinə VƏZİFƏ VERİLDİ

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

"Sabah" heyətinə daha bir basketbolçu qatdı

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Azərbaycanda bu şəxslərin PENSİYASI yenidən artırılacaq

Fransada anomal istilər tarixi rekordu yenilədi

Fransada anomal istilər tarixi rekordu yenilədi

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Salyanda ağır qəza: Ana öldü, əkiz oğulları yaralandı

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Zaxarova: "ABŞ və Türkiyədən rəsmi cavab gözləyirik"

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

End of content

No more pages to load

RADİO