Obama meymunlarla bağlı qalmaqallı videoya ilk dəfə münasibət bildirdi

ABŞ-ın sabiq prezidenti Barak Obama sosial şəbəkələrdə prezident Donald Trampın paylaşdığı və Obama ilə həyat yoldaşı Mişel Obamanın meymun obrazında təqdim olunduğu videoya ilk dəfə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, söhbət amerikalı bloqer Brayan Tayler Koenin yayımladığı müsahibədə yer alıb.

Müsahibə zamanı jurnalist ABŞ-da siyasi diskussiyanın səviyyəsinin aşağı düşməsi məsələsini qaldıraraq, Trampın “sizin şəklinizi meymunun bədəninə yerləşdirdiyini” xatırladıb.

“Düşünürəm ki, amerikalıların əksəriyyəti belə davranışı olduqca narahatedici hesab edir. Doğrudur, bu diqqət çəkir. Doğrudur, bu diqqəti yayındırır. Amma ölkə boyu səyahət etdikdə hələ də ləyaqətə, nəzakətə və xeyirxahlığa inanan insanlarla qarşılaşırsan”, — deyə Obama cavab verib.
 

Onun sözlərinə görə, sosial şəbəkələrdə və televiziyada bir növ “kloun şousu” baş verir. “Həqiqət budur ki, əvvəllər müəyyən ədəb qaydalarına, takt və tutduğun vəzifəyə hörmət edilməsinə riayət olunmalı olduğunu düşünənlər indi, görünür, bundan heç bir xəcalət hissi keçirmirlər. Bütün bunlar itib”, — deyə sabiq prezident bildirib.


Obama hesab edir ki, ABŞ vətəndaşlarının əksəriyyəti bu cür yanaşmanı dəstəkləmir və “nəticə etibarilə cavab elə amerikalıların özündən gələcək”. “Biz bunu yenicə Minnesotada gördük”, — deyə o, Minneapolisdə keçirilən etiraz aksiyalarına işarə edib.

Fevralın 6-na keçən gecə Trampın TruthSocial sosial şəbəkəsindəki hesabında Barak və Mişel Obamanın meymun obrazında göstərildiyi video yayımlanmışdı. Video geniş tənqidə səbəb olmuş və Trampa qarşı irqçilik ittihamları səsləndirilmişdi. ABŞ prezidenti paylaşımına görə üzr istəməkdən imtina edib. Eyni zamanda, videonun irqçi məzmununu pisləyib-pisləmədiyi ilə bağlı suala müsbət cavab verib.
 

ABŞ prezidentinin administrasiyası əvvəlcə ictimaiyyəti sakitləşdirməyə çalışaraq “şişirdilmiş narazılıq ifadə etməməyə” çağırıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt videonun Trampı “cəngəllik kralı”, demokratları isə “Şir Kral” cizgi filminin personajları kimi təsvir edən internet memindən bir fraqment olduğunu bildirib.


Bir neçə saat sonra paylaşım silinib. Onun dərc edilməsinə görə məsuliyyət “səhvən” bunu etmiş Ağ Ev əməkdaşlarından birinin üzərinə qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO