Çavuşoğludan Ermənistanla bağlı AÇIQLAMA: “Azərbaycan jest edərək...”

“Ermənistan konstitusiyasında dəyişiklik edərək Türkiyənin və Azərbaycanın torpaqlarında gözü olmadığını göstərməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Münxendə açıqlaması zamanı deyib.

Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün müsbət təsirlərinin olacağını qeyd edən M.Çavuşoğlu deyib:
 

“Kommunikasiya dəhlizlərinin açılması ilə Ermənistan da sülhdən ticarət, logistika, energetika və digər sahələrdə faydalanacaq. Artıq Azərbaycan ilə Ermənistan arasında bu proses başlayıb. Xüsusilə Azərbaycan jest edərək Ermənistana neft də daxil olmaqla enerji dəstəyi göstərməyə başlayıb. Əslində, bu addımlar bölgənin iqtisadi inkişafı, sabitliyi baxımından çox önəmlidir. Ancaq davamlı sülh imzalandıqdan sonra bunun Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstana olduğu kimi, Asiya və Avropaya da çox böyük faydası olacaq. Bu, həmçinin Körfəz ölkələri və daha böyük coğrafiyanın da inkişafına töhfə verəcək. Ona görə də sülh müqaviləsinin ən qısa müddətdə imzalanması çox önəmlidir”.


Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində Azərbaycan ilə Ermənistan arasındakı əlaqələrdəki irəliləyişlərə görə addımlar atdığını qeyd edən qardaş ölkə parlamentinin deputatı qeyd edib:

“Azərbaycan ilə Ermənistan arasında atılan hər müsbət addım Türkiyənin Ermənistan ilə əlaqələrinə də təsir edəcək. Çünki bölgədə sülh, sabitlik və iqtisadi inkişaf üçün bütün məsələlər birlikdə həll edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

End of content

No more pages to load

RADİO