NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, o, bu barədə Tviter səhifəsində məlumat paylaşıb.
Xüsusi nümayən əlavə edib ki, Ermənistan və Gürcüstana da gedəcək:
“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.
Bizim.Media
