Əli Hacızadə: “Qanunlarımıza tabe olmaq istəməyən ermənilər Qarabağı tərk edəcəklər”

Qarabağda müharibə bitdi. Pezident İlham Əliyevin dediyi kimi, artıq Qarabağ münaqişəsi adlı termin siyasi gündəmdən çıxarıldı. Amma Böyük Qələbəmizlə nəticələnən hərbi mübarizəmizin yekunu olan üçtərəfli sazişin şərtlərinin icra olunmasında bəzi nüanslar hələ uzun müddət gündəmi zəbt edəcək.

Üçtərəfli Qarabağ sazişinin ətrafında gedən müzakirələr, bəzi nüansları da ortaya çıxarıb. Destruktiv qüvvələr, sazişin bir -neçə müddəasını bilərəkdən təhrif edərək cəmiyyətdə bəzi çaşqınlıq yaratmaq marağındadır.

Bununla bağlı politoloq Əli Hacızadə ilə söhbətləşdik. Hacızadə Bizim.Media-ya açıqlamasında bəzi maraqlı məqamlara toxunub:

- İlkin dövürdə qarşıdurmalar olmasın deyə, sərhədləri hər iki tərəfdən kimlər qoruyacaq?

- Noyabrın 10-da imzalana üçtərəfli sazişə əsasən Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Onlar burada sülhün təminatçısı kimi fəaliyyət göstərəcək.

Azərbaycan Ermənistan sərhədinə gəlikdə Ermənistan tərəfindən çox güman ki, burada Rusiya Federal xidmətinin sərhəd qoşunlarının postları olacaq. Biz bunu döyüşlər gedəndə də görmüşdük. Xüsusən Zəngilan istiqamətində bunun şahidi olmuşduq. Bundan başqa təbii ki, Ermənistan sərhəd xidməti və Ermənistan hərbi qüvvələri yerləşdiriləcək.

Sərhədlərin delimitatsiyası isə bildiyimiz kimi Sovet sərhədləri əsasında olacaq. Yəni keçmiş Ermənistan və Azərbaycan SSR-nin sərhədləri necə idisə, burada da elə təşkil olunacaq.

- Mübahisəli məsələlərdən biri də Kəlbəcərdəki qızıl yataqlarıdır. Belə fakt qoyulur ki, sovetlər dönəmindən həmin yataqların 70 faizi bizdə, 30 faizi isə ermənilərdə olub. Bəs indi necə olacaq, ermənilərin 30 illik amansız istisamrının üstündə Azərbaycan tərəfi hansısa iddialar irəli sürə bilərmi?

- Burada iki element var. Bu məsələdə əsas sərhədlərin delimitatsiya məsələsi var. Bu yatağa ermənilər “Zod”, biz isə “Söyüdlü”  yatağı deyirik. Bildiyimiz kimi bu yatağın 70 faizdən çox hissəsi Azərbaycanın, qalan hissəsi isə Ermənistanın payına düşür. Bu yataqların fəaliyyəti artıq texniki məsələdir.

Yəqin ki, bunun fəaliyyəti haqqında tezliklə açıqlama veriləcək. Hələ ki, bu barədə heç bir rəsmi məlumat yoxdur. O ki, qaldı onların 27 il orada yatağı istismar etməsinə, bəli, bu faktlar var. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmilərinin də qeyd etdiyi kimi Azərbaycana vurulan bu ziyan hesablanacaq.

Bura həm dağıdılmış evlər, infrastruktur, qırılmış meşələr və müharibə vaxtı ermənilərin atəşə tutduğu mülki obyektlər, həm də yerdən çıxarılan faydalı qazıntılar aiddir. Bunun məbləği tam müəyyən edildikdən sonra Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək. Bu məsələ beynəlxalq hüquq müstəvisində həll olunacaq.

- Geri dönmək istəyən ermənilərin qayıdışı və yerləşdirilməsi necə təşkil olunacaq?

- Bildiyimiz kimi bölgədə BMT-nin qaçqınlar üzrə Ali komissarlığının xəttinin böyük bir missiyası yerləşdiriləcək.

Bu missiya həm geri qayıdan ermənilərlə, həm də Azərbaycan qaçqınlarının yerləşdirilməsi ilə məşğul olacaq. Bu təşkilatın nəzarəti ilə bu insanlar qayıdıb, yurdlarında yerləşdiriləcəklər.

- Ermənilərin yaşayacağı ərazilərdə Azərbaycan Dövlətinin atributlarının, qanunlarının altında yaşamaq istəyəcəklərmi?

- Hazırda bu suala cavab vermək çətindir. Çünki, orada 92-93- cü ildən bəri Azərbaycanı görməmiş bir nəsil yetişib. Bu nəsili həqiqətlərə inandırıb və fikrini dəyişdirmək çox çətin olacaq. Məhz ona görə də həmin bu ərazilərə sülhməramlıları yerləşdirilib. Onların bir funksiyası da bu müddət ərzində əhalinin bəlli bir adaptasiya prosesinə nəzarət etməsidir. Onların bizim atributlar altında yaşamaq istəyib-istəməməsinə biz 6-7 ildən sonra şahid ola bilərik. Hər şeyi zaman göstərəcək. Qanunlarımıza tabe olmaq istəməyən ermənilər Qarabğı tərk edəcəklər.

- Vaxtilə hərbi cinayətlər törədən ermənilər azad olunmuş torpaqlara qayıda biləcəklərmi?

- Burada bir məsələni vurğulamaq istərdim. Əgər yadınızdadırsa, Prezident İlham Əliyev öz çıxışlarının birində “bizim cəlladlarla işimiz yoxdur” deyə vurğulayıb. Burada Prezident hərbi cinayət törətmiş erməniləri nəzərdə tuturdu. Yəni buradan da aydındır ki, həmin o insanlarla heç bir əməkdaşlığımız olmayacaq.

Əgər bu insanlar haqqında cinayət işi başladılıbsa, burada iki yol var. Ya bu insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır, ya da onlar haqqında məhkəmə cinayət işinə xitam verməlidir. Buradan da anlaşılan odur ki, bu insanlar bu ərazilərə yerləşdirilə bilməz.

- 10 noyabr üçtərəfli bağlanan sülh müqaviləsinə görə ermənilər tərəfindən Qazaxın 7 kəndi Azərbaycan ərazisinə qaytarılmalı idi. Hazırda  məsələ hansı mərhələdədir? Bildiyimiz kimi bu kəndlərin 3-ü anklav ərazi sayılır, bu məsələ nə vaxt müzakirəyə çıxarılıb, qərar veriləcək?

- Siz fikir versəniz, rəsmi sazişdə Qazaxın 7 kəndi haqqında heç bir məlumat yoxdur. Çox güman ki, bu məsələ ya ayrıca sənədlə imzalanacaq,  ya da danışıqların növbəti mərhələsində müzakirə olunacaq. Ola bilsin bu məsələ haqqında sazişdən kənar artıq müəyyən razılaşma əldə olunub. Çünki, bu haqda məlumat Qazax rayon İcra Hakimiyyətinin bəyanatında  yer alıb.

Bizim anklav ərazilərimiz təkcə Qazaxda deyil, həm də Naxçıvan Muxtar Respublikasının şimalında yerləşən Kərki kəndidir. Bundan başqa bizim ərazilərdə də Ermənistanın anklav əraziləri mövcuddur. Çox güman ki, bu məsələ ikitərəfli danışıq yolu ilə razılaşdırılacaq.

Vüsalə Balayeva. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

Qəbələ Festivlında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Qəbələ Festivlında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

İkram Kərimov vəfat etdi

İkram Kərimov vəfat etdi

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

Nikol Kidman yeni sevgilisi ilə 340 min dollarlıq "Ferrari"də - FOTO

Nikol Kidman yeni sevgilisi ilə 340 min dollarlıq "Ferrari"də - FOTO

Trampın 5 milyon dollarlıq "qızıl" at heykəlləri mübahisə yaratdı - FOTO

Trampın 5 milyon dollarlıq "qızıl" at heykəlləri mübahisə yaratdı - FOTO

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

Ukrayna PUA-ları Engels və Saratova zərbə endirdi - VİDEO

Ukrayna PUA-ları Engels və Saratova zərbə endirdi - VİDEO

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Avqustun bəxtəvər 4 BÜRCÜ

Avqustun bəxtəvər 4 BÜRCÜ

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

End of content

No more pages to load

RADİO