Saakaşvilinin Gürcüstana gəlməsi kimin PLANIDIR? – Vəkil Aslan İsmayılovdan DETALLAR 

Hüquqşunas Aslan İsmayılov Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkəyə qayıtmasını şərh edib.

Bizim.Media xəbər verir ki, hüquqşünas özünün “Facebook” hesabından mövzu ilə bağlı fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Saakaşvili həbs edildi - VİDEO


Aslan İsmayılov bütün proseslərin əvvəlcədən hazırlanmış plan kimi qiymətləndirib:

“Fikrimcə bu günlər ərzində baş verənlər M.Saakaşvilinin planları üzrə gedir. Bizim bilmədiyimiz çox məqamlar var. Bu fikri ancaq görüdüyümüz faktların təhlili əsasında bildirirəm. Bildiyimiz isə odur ki, Tiflisə gələcəyini elan etdi, Batumiyə gəldi, oradan video paylaşdı, dünən minlərlə Saakaşvili tərəfdarları Tiflisdən Batumiyə yola düşdülər, bu gün video paylaşıb Tiflisdə olduğunu göstərdi, həbsini gözlədiyini bildirdi və nəhayət Tiflisdə həbs olunduğu görüntüləri yayıldı. Hesab edirəm ki, bu addımların hamısı onun qələbəsinə hesablanmış və fayda verəcək hərəkətlər idi. Tiflisə gələcəyini elan etməklə Tiflis seçicilərində bir canlanma və hakimiyyətdə bir gərginlik və çaşqınlıq yaratdı”. 

Saakaşvilinin seçkilərə bir gün qalmış gəlməsini ən effektli addım hesab edən hüquq müdafiəçisi bu fikrini isə belə əsaslandırıb:
 

“Batumidən video yayımlanması da çox faydalı addım idi. Minlərlə Mişa tərəfdarları maşınlarla Tiflisdən 500 km məsafədə yerləşən Batumiyə yolda düşdülər.


Bu isə Msxeti, Zestafoni, Xaşuri, Samtrediya, Kobuleti kimi böyük yaşayış məntəqələrindəki seçicilərə ona səs vermək çağırışı idi. İndi həmin maşın karvanı ilə Batumiyə gedənlər yenidən eyni marşurutla Tiflisə qayıdıb ikinci dəfə həmin çağırışı yada salacaqlar. Bu gün Tiflisdə seçicilərə müraciət edərək onların müdafiəsi üçün verdiyi sözə əməl etdiyini, onlara görə həyatını riskə atdığını göstərib indi "məni müdafiə etməkdə növbə Sizindir!" dedi”.

Aslan İsmayılov Gürcüstan hökumətinin bəyanatlarının da eks-prezidentin xeyrinə işlədiyini bildirib: 

“Çox maraqlı bir məqam da diqqətdən qaçmamalıdır. Gün ərzində Gürcüstan hakimiyyəti "Saakaşvili yalan deyir, Gürcüstanda yoxdur, Truskaveçdədir" deməklə öz gücsüzlüklərini, ölkəyə tam nəzarət edə bilmədiklərini, bir nəfərin əlində aciz qaldıqlarını göstərdilər. Dediklərim bu gün Baş Nazir Qaribaşvilinin güc nazirləri ilə birlikdə keçirdikləri brifinqdə də özünü göstərdi. Onların özlərini çaşqın aparmaqları mənim yadıma 1991-ci ildə QKÇP rəhbərlərinin keçirdikləri mətbuat konfransında özlərini aparmaqlarını xatırlatdı.
 

Saakaşvili isə əksinə həbs edildiyi məqamda da özünü çox güvənli aparırdı. Əlbəttə, sağ M.Saakaşvili hakimiyyətə ən böyük baş ağrısıdır. Ölü M.Saakaşvili isə ondan da betər baş ağrısı ola bilər”.


Hüquqşunas Saakaşvili haqqında fikirlərini isə bu cür tamamlayıb:

“Mişa Vətəni - Gürcüstanı sevən bir vətəndaş kimi bacardığı hər şeyi etdi. İndi sıra Xalqdadır!”

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

End of content

No more pages to load

RADİO