44 günlük Vətən Müharibəsi necə başladı? –“Kukruzniklər” – TAM MƏXFİ PLAN - VİDEO

Bu gün, 27 sentyabr şanlı Azərbaycan ordusunun qəhrəmanlıq səlnaməsi olan İkinci Qarabağ müharibəsinin başlandığı gündən 1 il ötür. 30 il həsrətini çəkdiyimiz torpaqlarımızı düşmən tapdağından xilas etdiyimiz və bizə çoxdan gözlədiyimiz qələbə sevincini yaşadacaq 44 günlük azadlıq dastanı igid hərbiçilərimizin canı və qanı bahasını yazılırdı.

Üzərindən bir il vaxt keçməsinə baxmayaraq 44 günlük Vətən müharibəsi hələ də öz sirli və gizlin məqamları ilə hər bir azərbaycanlının diqqət mərkəzindədir. Hər şeyin necə başlanması və ilk hücum əməliyyatları sonradan qazanılan qələbələrin kölgəsində qalsa da heç vaxt xatirəmizdən silinə bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


Müharibəyə hazırlıq və düşmən təxribatları

Ermənistan silahlı birləşmələri tərəfindən general-mayor Polad Həşimovun şəhid edilməsindən sonra daha da azğınlaşaraq mülki obyektləri intensiv atəşə tutmağa başladı. İyul və sentyabr ayları arası müddətdə Azərbaycan ordusu cəbhə boyu mövqelərini gücləndirərək ardıcıl hərbi təlimlərə start verdi. Azərbaycan ordusunun cəbhə boyu fəaliyyətlərindən qorxuya düşən düşmən diversiya qruplarının fəaliyyətini gücləndirərək yeni təxribatlar törətməyə cəhd etdi. Bu hücumların və təxribatların məqsədi isə cəbhənin Azərbaycan ordusunun fəaliyyəti və yerləşməsi haqqında məlumat əldə etmək idi.

Lakin düşmənin diversiya fəaliyyətləri uğursuz nəticələndi və bu amil düşməni əlacsız bir şəkildə mülki əhaliyə qarşı hücuma keçməyə sövq etdi.
 

Azğınlaşmış düşmən intensiv olaraq mülki obyektləri hədəf almağa başladı. Düşmən cavab atəşi ilə susdurulsa da, Azərbaycan ordusunun səbri də tükənmək üzrə idi. Səbrimizi daşıran son nöqtə isə 26 sentyabr 2020-ci il tarixində baş verən növbəti erməni təxribatı oldu. 


26 sentyabr 2020-ci il axşam saatlarında cəbhəynı kəndlər və yaşayış məskənləri erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutuldu. Mülki əhalinin təhlükəsizliyini təmin etmək və erməni silahlı birləşmələrinin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bütün cəbhə boyu əks hücum əməliyyatına start verildi. Bununla da 44 gün davam edəcək Vətən müharibəsi başlandı.

Müharibənin ilk saatları...

Azərbaycan ordusu 27 sentyabrın ilk saatlarından etibarən düşmənin əsas dayaq məntəqlərini və istehkam qurğularını artilleriya vasitələri ilə intensiv atəşə altında saxlayırdı. Artilleriya atəşinə parallel olaraq düşmənin hava hücumundan müdafiə sistemini sıradan çıxarmaq məqsədilə “Kukruznik” təyyarələr vasitəsilə əməliyyatlar icra olundu.

Bu irəliləyən günlərdə cəbhənin dərinliklərində Azərbaycan hava qüvvələrin daha rahat hərbi əməliyyatlar aparması üçün zəmin hazırlamağa xidmət edirdi.
 

Yerüstü hücumun əsas istiqaməti isə Ağdərə, Murov zirvəsi və Füzuli istiqamətləri seçildi.


Çünki Ağdərə və Füzuli istiqamətində düşmənin müdafiə xətti 2016-cı il Aprel döyüşləri zamanı darmadağım edilmişdi. Digər istiqamətlərlə müqayisədə bu bölgələrdəki istehkam işlərinin zəif aparıldığı məlum idi. Eyni zamanda Azərbaycan ordusunun strateji yüksəkliklərə sahib olması düşmənin dayaq məntəqələrinin kordinatlarının dəqiq müəyyən olunmasına imkan verirdi. Nəticədə ilk artilleriya hücumu zamanı bu məntəqələrin və istehkam qurğularının əksəriyyəti məhv edildi.
 

Hücumun ilk saatlarında erməni silahlı birləşmələrinin cənub cəbhəsi yarıldı, Füzuli və Cəbrayıl rayonun kəndləri işğaldan azad olundu.


Cənub bölgəsinin relyefi müdafiə üçün əlverişli olmadığı üçün düşmən çox böyük itkilər verməklə Zəngilan şəhərinə qədər olan ərazilərdən çəkilməyə məcbur oldu.

Düşmənin hər zaman ən şiddətli hücumu Ağdam istiqamətindən gözləyirdi. Çünki coğrafi olaraq Ağdam ələ keçirilərsə, Ağdərə mühasirəyə düşəcək, Əsgəran, Xocalı və Xankəndinin azad edilməsi isə bir neçə gün çəkəcəkdi. Lakin düşmənin gözlədiyi hücum heç vaxt baş vermədi. Nəticədə düşmənin çox böyük hərbi qüvvəsi mərkəz cəbhəsində neytrallaşdırılmış oldu və 44 gün ərzində öz mövqelərindən çıxa bilmədi.
 

Azərbaycan ordusunun Ağdam və Xocavənd cəbhələri davamlı olaraq təzyiq altında saxlaması erməni silahlı birləşmələrinin Füzuli-Cəbrayıl istiqamətinə yardım göndərməsinə mane oldu. 


Azərbaycan ordusunun əsas zərbə qüvvəsinin bu bölgədə cəmləşdirilməsi və daha sonra digər bölgələrdəki qüvvələrin də buraya dislokasiyası düşmənin darmadağım edilməsi  və müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Bu ərazilərdə iki gün su olmayacaq

Bu ərazilərdə iki gün su olmayacaq

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Ulduz falı: 28 iyul, 2026-cı il

Ulduz falı: 28 iyul, 2026-cı il

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

End of content

No more pages to load

RADİO