Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro stansiyasının inşası planlaşdırılır. Bu, mənada Bənövşəyi xəttin 6 yeni stansiyası xüsusi qeyd oluna bilər. Bu stansiyalar, xüsusən xətdən xəttə keçid imkanı sərnişinsaşımada payı çox az olan xəttin rolunu əhəmiyyətli dərəcədə artıracaq.

Bizim.Media "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib.

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Onun sözlərinə görə, layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb. 

Məlumdur ki, paytaxta doğru ən çox axın məhz Xırdalan və Sumqayıt, eləcə də Masazır, Bakı-Şamaxı yolu üzərində yerləşən qəsəbələrdəndir. Bu mənada həmin ərazilərdə yaşayanlar "Xocəsən" və "Avtovağzal" stansiyalarına gələrək keçid stansiyalarında xətti dəyişməklə yerüstü nəqliyyatdan istifadə etmədən paytaxtda metro stansiyası olan istənilən yerə gedə biləcəklər.

Burada "Sahil" stansiyasının yaxınlığında inşa olunacaq keçid stansiyasının rolu əhəmiyyətli dərəcədə çoxdur. O, yalnız bir keçidlə, "İçərişəhər"dən "Həzi Aslanov"a qədər metro ilə getmək imkanı verəcək.

O vurğulayıb ki, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir.

Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.

Bəxtiyar Məmmədov vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək.

Onun sözlərinə görə, həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO