Ukraynada nikahların rəsmiləşdirilməsində onlayn xidmətlərin payı sürətlə artır.
Bizim.Media xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında ölkədə 79 516 nikah rəsmi qeydiyyata alınıb.
Onlardan 30 488-i onlayn formatda rəsmiləşdirilib ki, bu da ümumi nikahların təxminən 40 faizini təşkil edir.
Bildirilib ki, onlayn nikah xidməti xüsusilə müharibə səbəbindən müxtəlif şəhərlərdə yaşayan və ya dövlət qurumlarına şəxsən getmək imkanı olmayan cütlüklər üçün əlverişli hesab olunur.
Qeyd edək ki, Ukraynada son illər dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində bir sıra hüquqi prosedurlar onlayn platformalara inteqrasiya edilib.
Bizim.Media