İlham Əliyev: “Azad edilmiş torpaqları görənlər dəhşətə gəlir ki, bunu törədən insan deyil” - VİDEO

“Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


“Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. 

Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil.

Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik.  

30 il ərzində bizim bütün tarixi abidələrimizi, milli sərvətlərimizi, təbii resurslarımızı talayan, dağıdan düşmənə dərs verilməli idi, yoxsa yox?! Buna baxmayaraq, müharibədən əvvəl mən dəfələrlə demişdim ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə dövründə də mən bunu dəfələrlə demişəm.

Demişəm ki, Ermənistan rəhbərliyi bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Ancaq bunu etmədilər.  

44 gündən sonra - artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!” , - deyə Prezident qeyd edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyada 7,1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi

Bu ərazilərdə iki gün su olmayacaq

Bu ərazilərdə iki gün su olmayacaq

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

Ayxan Hacızadədən Zaxarovanın fikirlərinə REAKSİYA

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

İranda edam edilən gənc məhbuslara görə insanlar ayağa qalxdı – VİDEO

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Polşa səmasını hava şarları bürüyəcək– SƏBƏB

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

ABŞ diplomatları Fransa nümayəndəsinin çıxışı zamanı BMT TŞ-nin iclasını tərk etdi

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Kadırov Çeçenistanda ərzaq qıtlığı ilə bağlı iddiaları təkzib etdi – VİDEO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Səyyar "ASAN xidmət" Laçında – FOTO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Tramp: “Bir az məyusam, çünki iki il yarımdan sonra sizin başqa prezidentiniz ola bilər” – VİDEO

Ulduz falı: 28 iyul, 2026-cı il

Ulduz falı: 28 iyul, 2026-cı il

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?- RƏSMİ AÇIQLAMA

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ - VİDEO

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

40 il döyəclədiyi qapılar bir gecədə açıldı...- Fotolar

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Ərdəbilli yeniyetmə "Azərbaycanım" mahnısını oxudu - VİDEO

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

Bu ölkədə nikahların 40 faizi onlayn qeydiyyata alınır

End of content

No more pages to load

RADİO