“Səfiri yuxudan oyadıb xəbər verməyiblər…” – Deputatdan SƏRT REAKSİYA

Milli Məclisin deputatı Fazil Mustafa Qərbin Cənubi Qafqaz siyasətini sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, millət vəkili özünün “Facebook” hesabından etdiyi paylaşımda ABŞ və Almaniyanın “status” məsələsini yenidən qabartmasına münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sülhməramlılardan nə tələb etməlidir? - Fikrət Sadıxovdan ŞƏRH 


Belə ki, Fazil Mustafa ilk öncə ABŞ Prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü təbrikinə toxunub:

“ABŞ Başqanı Co Bayden, Paşinyanı Ermənistanın müstəqilliyi günü münasibəti ilə təbrik edərkən, ABŞ-ın Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə çözülməsi üçün səy göstərməyə davam edəcəyini bildirib. ABŞ-ın Ermənistandakı səfiri daha irəli gedərək “ABŞ-ın Dağlıq Qarabağ məsələsini çözülməmiş saydığını və Dağlıq Qarabağ statusunu Minsk Qrupunun gündəmində qalmağa davam edəcəyini” vurğulayıb. Daha sonar isə həmin bədnam səfir: ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla qalıcı çözümündən yana olduğunu bir daha qeyd edib”.

Deputatın tənqid hədəfindən Almaniya da yayınmayıb:

“Almaniya Cumhurbaşqanı, Ermənistan Cümhuriyətinin 30-cu müstəqillik ildönümü münasibəti ilə Ermənistan Cumhurbaşqanına göndərdiyi təbrik mesajında, “Federal hökumətin, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh və qalıcı normallaşmasına yönəlik səylərini dəstəkləyəcəyi bildirilib”.

Millət vəkili ABŞ Nümayəndələr Palatasının ermənipərəst mövqeyi haqqında da fikirlərini qeyd edib:

“Paralel olaraq ABŞ Nümayəndələr Palatası, Azərbaycanın “Erməni savaş əsirlərini dərhal sərbəst buraxmasını tələb edən Amerika Erməni Milli Komitəsi (ANCA) dəstəkli dəyişikliyi” təsdiqləyib. Həmin Palata eyni zamanda  “2022 Maliyyə ili Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu” Qarabağ və Ermənistana dəstək verən,  Azərbaycan və Türkiyəni ittiham edən 8 dəyişiklik (Amendment) sənədi hazırladı.
 

ABŞ Nümayəndələr Palatası, Azərbaycanın müharibə cinayətlərinin soruşdurulmasını və Erməni savaş əsirlərinin sərbəst buraxılmasını tələb edən  H.R.4350 təklifini səsverməyə çıxarıb”.


Fazil Mustafa Qərbin bu cür mövqe sərgiləməsini sərt tənqid edib:

“Deyəsən bu prezidenləri, konqresmenləri və səfiri yuxudan oyadıb xəbər verməyiblər ki, Azərbaycan 44 günlük savaşdan sonra artıq o statusu zibil yeşiyinə atıb. Digər tərəfdən də Azərbaycan əraziləri ilə bağlı Ermənistan rəhbərlərinə hansısa ümid vermək etikasızlıq deyilmi?”

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Lüks artıq gündəlik həyatda: 6 min dollarlıq dondurma yeni dəbdəbə simvoluna çevrilir

Lüks artıq gündəlik həyatda: 6 min dollarlıq dondurma yeni dəbdəbə simvoluna çevrilir

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Elşad Xosenin səhhətində problem yaranıb?

Elşad Xosenin səhhətində problem yaranıb?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

ABŞ-ın "nağıl şəhəri"nin sirri: Solvanqın altında gizli tunellər şəbəkəsi aşkar edildi

ABŞ-ın "nağıl şəhəri"nin sirri: Solvanqın altında gizli tunellər şəbəkəsi aşkar edildi

Putin İlham Əliyevə zəng etdi

Putin İlham Əliyevə zəng etdi

Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcək

Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcək

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

Badamdarda açıq sahədə yanğın başladı - VİDEO

Badamdarda açıq sahədə yanğın başladı - VİDEO

ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

Bakıda məhkumun gizlətdiyi tapança tapıldı - BİRGƏ ƏMƏLİYYAT

Bakıda məhkumun gizlətdiyi tapança tapıldı - BİRGƏ ƏMƏLİYYAT

Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi: 2 milyon avrodan çox təzminat

Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi: 2 milyon avrodan çox təzminat

Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs TUTULDU - FOTO

Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs TUTULDU - FOTO

Rusiyada Ukrayna zərbələrindən 60-a yaxın şəxs həlak olub – VİDEO

Rusiyada Ukrayna zərbələrindən 60-a yaxın şəxs həlak olub – VİDEO

Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

End of content

No more pages to load

RADİO