“İrəvanın açarı Bakının əlindədir” - Gorus-Qafan yolu haqqında ƏSAS MƏQAMLAR

0:00
0:00

İranın Gorus-Qafan yolundan hər vəchlə yayınaraq Ermənistana yükdaşıma həyata keçirtməsinə səbəb nədir? Onlar niyə Azərbaycan postundan yayınmaq istəyirlər?

“Öncəliklə onu qeyd edək ki, xarici ölkələrin Azərbaycan ərazisinə daxil olan və çıxan avtomobillərinə yol vergisi və dövlət rüsumu tətbiq olunması Azərbaycanın dövlət siyasətidir. İran yük maşınlarının, əsasən yanacaq daşıyan TIR-ların Qarabağa səfər etməsi səbəbi ilə Aərbaycan öz ərazisindən keçən yoldan, öz ərazisində təhlükəsizlik riskləri formalaşdıran bu məsələni  nəzarət altına  aldı və öncə yolu bağladı, daha sonra isə gömrük rüsumu tətbiq etdi”, - deyən politoloq Yeganə Hacıyeva əlavə etdi ki, gömrük rüsumlarının tətbiqi heç bir halda İrana qarşı bir təzyiq forması deyil, bu sadəcə İranın Azərbaycan ərazisindən istifadə edərək nə daşımasına nəzarət aktıdır. 

Bizim.Media sualına Yeganə Hacıyevanın cavabının ardı belədir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Gorus-Qafan yolundan keçməyə qorxur? - SƏBƏB


“Biz İranın  Qarabağ ermənilərinə nə daşımasını müəyyənləşdirmək üçün keçid məntəqələri qurub, sonra da məntiqi olaraq gömrük rüsumu tətbiq etdik. Ermənistana yük daşıyan İran yük maşınları Ermənistanın özündə gömrük rüsumu ödədiyi halda, Azərbaycana niyə rüsum verməməlidir ki? 

Anlaşılandır ki, Gorus- Qafan yolu Ermənistan və İran üçün strateji bir nəqliyyat xəttidir.İndiki vəziyyət Ermənistan üçün ciddi logistik problemlər yaradır. Bu yol həm də böyük pulların dövr etdiyi yoldur, hər il təxminən 25 min yük avtomobili İran və Ermənistan arasındakı sərhədi keçir. Yol Ermənistan üçün həm də ciddi maliyyə qaynağıdır.
 

Çünki yük maşınlarındakı daşımalara görə  kifayət qədər böyük pullar ödənilir, bu yolun bağlanması həm də Ermənistan büdcəsini bu maliyyə qaynağından məhrum etmək anlamına gəlir.


İran maşınları Gorus-Qafan yolundan niyə imtina edir sualına gəlsək, bu imtina uzunmüddətli deyil. Məsələ ondadır ki, istər Ermənistan, istərsə də İran üçün Gorus-Qafan yolunun alternativi indi mövcud deyil. Elan etdikləri təcili tikilən və alternativ yol kimi nəzərdə tutulan ikinci yol isə böyük yük daşımaları üçün əlverişli deyil, qarşıdan gələn qış ayları üçün isə ümumiyyətlə işlək deyil.

Həm də bu yol çəkilsə belə Ermənistanın İranla mövcud enerji şəbəkələrinin hamısını əhatə etməyəcək və mövcud daşınmalara görə iqtisadi rentabelliyi də yoxdur.
 

Ermənistan hakimiyyətinin səsləndirdiyi “Şimal Cənub” nəqliyyat dəhlizi kimi fikirləri isə, blefdir, çünki mövcud komunikasiyalarda bu ancaq Zəngəzur koridorundan, ya da elə bu Gorus-Qafan yolundan istifadə ediləcək.


Bu isə o deməkdir ki, istənilən halda Ermənistanın enerji və itisadi təhlükəsizliyinin açarı Bakının əlindədir.

Hal hazırda isə, Ermənistan şəhərləri arasındakı magistral yollarında daşınmalar Azərbaycanın şərtləri əsasında həyata keçirilir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

End of content

No more pages to load

RADİO