Ermənistan Putinin Bakıya səfərindən narahatçılıq keçirir. Ermənistanın "The Armenian Mirror-Spectator" jurnalında bu barədə dərc olunan məqalədən əsas məqamları Moderator.az ANS PRESS-ə istinadən öz oxucularına təqdim edir:
Rusiya prezidenti Vladimir Putinin İrana səfəri zamanı yolüstü Azərbaycana da səfər edib. Azərbaycan, neftlə zəngin olan torpaq sözün həm həqiqi, həm məcazi mənasında sürüşkən ərazidir. Ermənistanın regionda Rusiyanın strateji müttəfiqi olmasına baxmayaraq ilk səfərini Putin Ermənistana yox, Azərbaycana edib. Baxmayaraq ki, Putin seçildikdən sonra İrəvan dəfələrlə onu dəvət edib.
Putinin Azərbaycana səfəri Ermənistanda narahatlıq yaradıb. Moskva bir müddət əvvəl Azərbaycana 4 milyardlıq qabaqcıl silahlar satıb. Bundan başqa Azərbaycan Ukrayna, Belorus və İsraildən də silah alır.
Rusiyanın nəhəng siyasi okeanında Ermənistan balaca balıqdır. Siyasi şərhçilərin fikrinə görə, Putinin Bakıya səfərinin məqsədi Qafqazda hegemonluğunu qoruyub saxlamaqdır. Putin hesab edir ki, Ermənistan etibarlı müttəfiq kimi artıq onun cibindədir. Ona görə də, ona başqa müttəfiq əldə etmək lazımdır.