ADA universitetində “Karabakh.Center” saytının təqdimatı oldu - FOTO

28 iyul 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin ADA universitetində  Azərbaycanın xaricdəki səfirləri ilə görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak edib.

Görüşdə xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

““Karabakh Center” Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb”


Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırki fəaliyyət istiqamətləri və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və bir müddət öncə ictimaiyyətə təqdim olunan “Karabakh.Center” (www.karabakh.center) layihəsi haqqında ətraflı məlumat verib. 

Daha sonra dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və “Karabakh.Center” saytının təqdimat videosu nümayiş olunub.

Görüş zamanı Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, xarici ölkələrdə “Karabakh.Center” layihəsi və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib. 

Həmçinin, səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlıq qurulması və diasporamızın Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq və ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. 

O, uzun illərdir xaricdə yaşayan və peşəkar formada fəaliyyət göstərən diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacib olduğunu bildirib. 

Fuad Muradov tarixdə münaqişə zəmnində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və “şəhərlərin qardaşlaşması” məsələsinə toxunub.
 

Görüşün moderatoru, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə öz çıxışında ikinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb. 


Müzakirə zamanı müxtəlif ölkələlərdə Azərbaycan Respublikasını təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarla bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzı və investorları cəlb etməyin zəruriliyini qeyd edərək, bu məqsədlə nəzərdə tutduqları bir sıra təkliflər irəli sürüblər.

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

End of content

No more pages to load

RADİO