Ceyhun Bayramov Mustafa Şentopla görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov, qardaş Türkiyə Böyük Millət Məslisinin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. Nazir, dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə Prezidenti olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

End of content

No more pages to load

RADİO