ABŞ səfiri Azərbaycan sərhədində – Səfərin QARANLIQ MƏQAMLARI

İyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd əraziyə səfər edib. Sərhəddəki vəziyyətlə tanış olan səfir xanım bildirib ki, ABŞ sülhün bərqərar olunmasında maraqlıdır. 

Təəssüf doğuran məqam isə budur ki, ABŞ-ın Bakıdakı səfiri Şuşaya səfər etməkdən imtina etdiyi halda, İrəvandakı səfir Ermənistan ordusunun sərhəddəki mövqelərinədək gəlib. 

Görünən odur ki, ABŞ, ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ konfliktinin bitməsində heç də maraqlı mövqe sərgiləmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Pakistanın köməyi ilə Çin Ermənistana silah satışlarını dayandırdı” – Tofiq Zülfüqarovdan ÖZƏL


Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Yeganə Hacıyeva bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirləri özlərini oraradakı nümayəndə kimi deyil, sanki Cənubi Qafqaz nümayəndələri kimi aparmağa çalışırlar.

“Bundan başqa Ermənistanda olan istər ABŞ, istərsə də Fransa  səfirlikləri Azərbaycanda olan nümayəndə heyətlərindən fərqli olaraq mediaya daha açıqdır. Ancaq Azərbaycanda bu fonda məsələ daha fərqlidir. Çünki bizim ölkədə bu səfirliklər oçox zaman onların sayəsində maliyyələşən media orqanları ilə çalışırlar və istədikləri məsələni məsləhət bildirdikləri vaxtda və formada ictimaiyyətə çatdırırlar. Azərbaycanda səfirliklrlə çalışan bir neçə sayt var ki, məlumatlar, açıqlamalar  ancaq onlara ötürülür, cəmiyyətlə təmas ancaq onlar vasitəsi ilə qururlur”.

Politoloq həmçinin istər ABŞ-ın, istərsə də oxşar mövqe sərgiləyən Fransanın  bu mövqeyinin 10 noyabr və kommunikasiyaların açılması üçün vacib təmaslar qurulan 11 yanvar razılaşmalarından kənarda qalması ilə əlaqələndirib.

“Bu proseslərdən kənarda qalan ABŞ və Fransanın Cənubi Qafqazda Qarabağ konfliktinin həll olunmaması görüntüsü üçün çalışma təşəbbüsüdür. Çünki 10 noyabr razılaşmasının ərsəyə gəlməsində  bu ölkələrin də həmsədr olduqları ATƏT-in Mİnsk qrupu heç bir halda iştirak etməyib. ATƏT-in Minsk qrupunun Qarabağla bağlı nəticəsiz və səmərəsiz səyləri təxminən 30 il davam etdi. Minsk Qrupunun fəaliyyəti haqqında ən dürüst  fikri 2017-ci ildə ABŞ-ı Minsk Qrupunun həmsədrlərindən biri kimi təmsil olunan səfir Riçard Hoqland öz fəaliyyətindən danışarkən ifadə edib. O, “Beşulduzlu otellərdə qaldıq, bizə xüsusi yemək otağı və əlavə xərc tələb etmədən otaqlar ayrıldı. Getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT-in bayrağı altında Bakı və İrəvan arasında danışıqlara dair Minsk qrupunun mövcudluğunu xatırlatdığımız müddətcə yaxşı yaşadıq. Ancaq açıq danışsaq, çox az iş gördük”.

Politoloq Minsk qrupu ilə bağlı son durumu belə izah edib:

“Atət-in Minsk Qrupu format olaraq özünü çoxdan diskretizasiya edib”.

“Buna həmsədr ölkə Fransa prezidenti Emanuel Makronun İkinci Qarabağ müharibəsi haqqında dezinformasiyalar yayması səbəb oldu. Makron bu hərəkəti ilə ancaq Fransa Azərbaycan münasibətlərini zədələmədi, o, həmçinin Minsk qupunun formatına da zərbə endirdi. Bu da Azərbaycan üçün uzun illər fəaliyyətsizliyi üzündən boğaza yığıldığı ATƏT-in Minsk qrupundan imtina etməyə bir əsas oldu”.

Sonda Yeganə Hacıyeva fikirlərini bu sözlərlə tamamlayıb:

“Həmsədr ölkələrin Ermənistandakı səfirləri dəfələrlə öz səlahiyyətlərini, diplomatik etika və çərçivələri aşan açıqlamalar verirlər və bu da onlardan biridir”.,

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

End of content

No more pages to load

RADİO