Böhrandan doğan fürsət: S 400-lər Cənubi Qafqaza sülh gətirdi

2019-cu ilin iyulunda ilk partiyası Türkiyəyə gətirilən S-400 hava hücumundan müdafiə sistemləri Ağ Evin rəsmi Ankaraya qarşı düşmən xislətini ortaya çıxardı. Məsələnin üzərindən iki il keçməsinə baxmayaraq, rəsmi Vaşinqton Türkiyəyə qarşı mövqeyini dəyişmək niyyətində deyil. Əksinə, HHM sistemlərinin daha 2 batareyasının Türkiyəyə gətirilməsinin yenidən gündəmə gəlməsi ABŞ-ın əsas xarici təsir mexanizmi olan sanskiyalar çağırışları etməsinə gətirib çıxarıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...


ABŞ-ın qorxduğu başına gəldi

S-400 HHM-lərin 2-ci partiyasını 1-cidən fərqləndirən ən önəmli məsələ isə, bu dəfə Rusiya tərəfindən texniki dəstəyin də göndərilməsinin gündəmdə olmasıdır. Belə ki, sözügedən hadisə baş verəcəyi təqdirdə Türkiyə S-400-ləri aktivləşdirə və gələcəkdə müstəqil şəkildə istehsal edə biləcək. Rəsmi Vaşinqtonun anidən belə əl-ayağa düşməsinin də əsas səbəbi məhz budur.

Qeyd edək ki, hələ 2017-ci ildə Rusiya və Türkiyə arasında S-400-lərin satışı ilə bağlı 2,5 milyard dollar dəyərində müqavilə imzalanıb.

Eyni zamanda Rusiyadan HHM-lərin idxalı Türkiyə üçün həyati əhəmiyyətə malik idi. Xüsusilə də, o dönəmdə Suriya və İraqdakı gərgin vəziyyət fonunda rəsmi Ankara ölkənin hava məkanının təhlükəsizliyini qorumaq üçün uzunmənzilli müdafiə sistemlərinə böyük ehtiyac duyurdu.  

Rəsmi Ankaranın NATO-dan müttəfiqi olan ABŞ əvəzinə Rusiyanı seçməsinin isə əsas günahkarı elə Ağ Evin özüdür. 

Belə ki, rəsmi Vaşinqtonun Türkiyəyə “Patriot” HHM sistemlərinin ixracına veto qoyması rəsmi Ankaranı alternativlərə yönəlməyə məcbur buraxıb. Əslində isə, ABŞ üçün S-400 problemi Türkiyəyə sanksiya bəhanəsi olduğu da hər kəsə məlumdur. Çünki rəsmi Ankaranın digər NATO ölkələri kimi əmrinə müntəzir olacağını gözləyirdi. Əslində Türkiyə 2013-cü ildəki veto qərarının ardından Rusiya ilə əməkdaşlığa başlamaq üçün 4 il səbr etdi. Lakin Ağ Evin arxayınlığı və Türkiyəni öz vassalı kimi görməsi sonda öz başında çatladı. 

Vəziyyətin bu cür cərəyan etməsi isə, Türkiyə-Rusiya yaxınlaşmasına gətririb çıxardı. 

Bölgənin iki əsas oyunçusu olan Ankara və Moskvanın əməkdaşlığı isə həm iki ölkə üçün, həm də bölgə üçün mühüm əhəmiyyətə malikdir.

Birincisi, Türkiyənin Rusiyadan S-400-ləri almaqla təkcə öz təhlükəsizliyi üçün önəmli addım atmadı, eyni zamanda bütün dünyaya artıq Qərbin sözü ilə oturub-duran Ankaranın da tarixə qovuşduğunu nümayiş etdirdi. Sözügedən addım Türkiyənin özünü müstəqil güc kimi sübuta yetirməsində ən önəmli addımlardan biri oldu.

İkincisi, Türkiyə və Rusiya arasında hərbi əməkdaşlığını güclənməsi digər sahələrə də təsirsiz ötüşmədi. Son illərdə iki ölkə arasında durmadan artan ticarət dövriyyəsi də bunun əyani sübutudur. Xüsusilə də, Türkiyə üçün sözegədən əlaqələr böyük fayda gətirməkdədir. Belə ki, turizm və enerji təhlükəsizliyi məsələlərində Rusiya rəsmi Ankara üçün əvəzolunmaz tərəfdaşdır.

Üçüncüsü, 2014-cü ildən bəri Qərbin sanksiyaları səbəbindən ağır iqtisadi zərbə alan Rusiya sözügedən əməkdaşlığın nəticəsi olaraq bölgədə NATO-nun əsas gücü olan Türkiyənin sanksiyalarından nəinki qurtulmağı bacardı, eyni zamanda öz qida təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addım atdı. 

Dördüncüsü, Kreml və Ankara Suriya, eyni zamanda Liviya böhranlarında qarşı cəbhələrdə yer alsalar belə, bir-birilərinə qarşı təhlükəli həmlələr etməkdən çəkindilər.

Türkiyə-Rusiya yaxınlaşmasının bölgə üçün, xüsusilə də Cənubi Qafqaz üçün mühüm faydalar verməsi gerçəyini də gözardı etmək olmaz.

Əsasən də, Azərbaycan və Ermənistan arasındakı münaqişəli vəziyyətin həllində qeyd olunan əməkdaşlıq özünü bir daha sübut etdi. Təsadüfi deyil ki, Qarabağ münaqişəsi başa çatdıqdan sonra bölgədəki sülhə nəzarət məhz Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin edilib. Eyni zamanda bölgədə komunnikasiya dəhlizlərinin bərpası hər iki ölkə üçün vacib əhəmiyyət daşıdığından regionun gələcək inkişafı üçün də sözügedən yaxınlıq işıqlı gələcək vəd etməkdədir.

Ümumilikdə isə, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-ın sanksiyalarından doğan faydanın göstəricisi kimi də qiymətləndirilə bilər.

Murad Əhmədov, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

End of content

No more pages to load

RADİO