İlham Əliyev: "Heç kim bizi dayandıra bilməz" – Prezidentdən qəti MESAJ - VİDEO

"Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə"

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı bildirib. 

Cənubi Qafqazın qlobal körpüsünə çevriləcək Zəngəzurla bağlı ölkə başçısının bütün qitələrə ünvanladığı son siyasi mesajdakı mühüm elementlərə nəzər salaq:

"Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır."

Həqiqətən də ölkə başçısı çıxışının bu hissəsilə Ermənistandakı siyasi vəziyyətə eyham vurub. Çünki Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ermənilərin Sünik adlandırdığı Qərbi Zəngəzurdakı gərgin vəziyyəti daha da kritikləşdirib. Orada müxtəlif çaxnaşma və həbslər yaşanmaqdadır. Ermənistan parlamentinin müxtəlif fraksiyaları da isterikadadırlar. Hətta Koçaryan alyansı da Paşinyanın bircə Fransanın ümidinə qaldığını iddia edir. Çünki İranın yeni prezidenti İbrahim Rəisinin İlham Əliyevə son təbriki Tehrandan İrəvana yağlı şillə effekti verib. Söhbət Azərbaycanın ərazi bütövlüyünə İranın da hörmət etməsindən və azad olunan Qarabağa görə təbrik ünvanlamasından gedir.

Prezident İlham Əliyevin xarici siyasəti hər zaman beynəlxalq hüquqa əsaslandığından ölkə başçısı bu mövzuda tarixin də Azərbaycanın yanında olduğunu bildirib. Özü də ki, yaxın tarixin:

"Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik"

İlham Əliyev tarixi çıxışının davamında bütün Zəngəzuru dədə-baba torpağımız adlandırıb və təşvişə düşmüş İrəvanda səslənən fikirlərə də toxunub:

"Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur."

Dövlət rəhbərinin çıxışının bu hissəsi özündə siyasi ismarıclar daşıyır. Buradan çıxan nəticə odur ki, İrəvan taleyilə barışmalıdır. Çünki Zəngəzura qayıdan Azərbaycanı heç kim dayandıra bilməz. Emosional bəyanatın faktlı dayaq nöqtələri var.

Bu vədin özünü doğruldacağını təsdiqləyən nüanslardan biri Rusiyanın Zəngəzur koridoruna müsbət yanaşması, Türkiyənin də dəhliz yolunda səylərini əsirgəmədiyidir.

Əlbəttə, İranın da bunun lehinə aura sərgiləməsini gözdən qaçırtmaq olmaz. Belə olan halda Fransanın Ermənistanı dəstəkləməsi də mənasızlaşır. Onsuz da Makron bəyanatlarının təsirsizliyi 44 günlük savaşda da gördük. Çünki Azərbaycan öz haqq işini beynəlxalq hüquq və imzalanan sənədlərə əsaslanaraq həyata keçirir.

Üçtərəfli bəyanat da bunlardan biridir. Elə isə yazını başladığımız cümlələrlə, Prezidentdən sitatla bitirək:

"İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə"

Anar Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

End of content

No more pages to load

RADİO