Avakov hansı xalqın xidmətçisidir? - Ukraynalı politoloqun ŞƏRHİ

“Avakovun istefası uzun müddət idi ki, gözlənilirdi. Lakin proses birdən və ildırım sürəti ilə baş verdi. Bu onun istefa səbəbləri və sonrakı siyasi addımları haqqında bir çox versiyaları ortaya qoyub. Görünən odur ki, Avakovun özü üçün də bu gediş qəfil və hazırlıqsız oldu. Təəccüblü deyil ki, istefanın "qəhrəmanından" hələ də heç bir açıqlama yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ukraynalı politoloq Vadim Karasev Ukraynanın Daxili İşlər Naziri erməni əsilli Arsen Avakovun istefasına fikir bildirərkən Facebook səhifəsində yazıb. 

Son zamanlar Ukrayna mediası nazirin gözlənilmədən istefaya getməsi haqqında bir çox versiyalar irəli sürür. Hətta erməni əsilli Avakov dövlət çevrilişinə cəhddə də günahlandırılır.

Politoloq bu şayiələrdən birinin onun Xarkov şəhərinə mer getməsi barədə gəzən söz-söhbətlər olduğunu qeyd edərək, bunu cəfəngiyat adlandırıb.

“Avakovun Xarkova qayıtması və bələdiyyə sədri seçkilərində iştirak edə biləcəyi ilə bağlı söhbətlər əsassızdır. O, yerli siyasət müstəvisindən daha yüksək vəzifələr tutub. Onun üçün bu, doğma Xarkov şəhəri olsa belə, bir rütbə aşağı olardı. Bundan əlavə, Xarkovdakı siyasi baxışlar çoxdan dəyişib. "Böyük siyasətə" atılan şəxslər dolayısı ilə təsirlərini saxlasalar da, artıq ictimaiyyətin dəstəyinə sahib deyillər. Yeri gəlmişkən, eyni hadisə Mixail Dobkin ilə də baş verib. Bəli, o, Xarkovda tanınır və xatırlanır, ancaq bu seçkidə vəziyyəti də dəyişə bilmədi”. 

Politoloq öz şərhində Avakovun Xarkovda əhalinin ona qarşı olduğunu da bildirib. O, qeyd edib ki, seçkilərdə Avakov öz namizədliyini irəli sürsə belə Xarkov seçicisi ona səs verməyəcək.

“Yenidən Avakova qayıdıram  hazırda onun Xarkovda reytinqı çox aşağıdır. Xarkovun milli yönümlü seçicisinin ona qarşı bir çox şikayəti var və Rusiya ilə dostluq tərəfdarları artıq onun seçicisi deyil”.

Şərhində Vadim Karasev Avakovu saxta fiqur kimi qələmə verib. O, bildirib ki, Avakovun atdığı bütün siyasi addımlar ətrafındakı intriqaları daha da artırmaq kimi qiymətləndirmək olar. Çünki istefasını həzm edə bilməyən erməni əsilli keçmiş nazir hələ də hökümətə qarşı çox acıqlıdır.

“Avakov beynəlxalq səviyyəli bir fiqurdur və öz səviyyəsindəki vəzifələrin miqyasına diqqət yetirəcək. Ancaq "Xalqın xidmətçisi” oyunları "Avakov - Xarkovun meri" haqqında gəzən söhbətlər dəqiq seçki intriqaları üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Arsen Avakov kriminal avtoritet kimi tanınır. Onun istefası Ukraynadakı olan erməni lobbisi üçün böyük zərbə olub.

Çünki keçmiş nazir Ukraynada ermənilərin bir nömrəli himayədarı olub. 

Onun Ukraynada bir neçə azərbaycanlı iş adamının qətlində də əli var. Hətta 44 günlük müharibə zamanı ermənilərə yardım etməsi üçün o, külli miqdarda erməni ordusuna vəsait ianə etmək fikrində olub. Lakin Ukrayna höküməti tərəfindən bütün bank hesabları dondurulduğu üçün onun bu arzusu ürəyində qalıb.

Bəzi iddialara görə isə o, hərbi çevriliş hazırladığı üçün anidən vəzifəsi ilə vidalaşmalı olub.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”da ciddi itki

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

İranın təhsil naziri: Sinif otaqları “raket bazasına” çevrilməlidir

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artistin səhhətində problem yarandı

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - FOTO

End of content

No more pages to load

RADİO