İlham Əliyev Si Cinpin ilə görüşdü - FOTO

Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin birgə foto çəkdirdilər.

Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi.

Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxundu.
 

Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğuladı.


Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd etdi, bu xüsusda Transxəzər marşrutunun önəminə toxundu.

Çin Xalq Respublikasının Sədri bildirdi ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.

Si Cinpin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd etdi. Həmçinin Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini dedi, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğuladı.

Dövlətimizin başçısı dəvətə görə təşəkkürünü bildirdi, Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd etdi, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu dedi. Dövlətimizin başçısı “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirdi.
 

Prezident İlham Əliyev, həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını dedi, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu vurğuladı.


Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edildi. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

End of content

No more pages to load

RADİO