xa0Dünən – aprelin 1-dən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza daxil olmuş işğalçı ölkə prezidenti Armen Sarkisyan Xankəndi, Talış və Suqovuşan kəndlərindən sonra Hadrutu da sülənib.xa0

Moderator.az xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti və Xankəndindəki separatçı nəşrlərin yaydıqları məlumatlara görə, A.Sarkisyan bu gün separatçı rejim başçısı B.Saakyanla birgə Xankəndində qondarma qurumun yaratdığı kamera orkestrinin 15 illiyinə həsr edilmiş konsertə qatılıb.xa0
Sonra işğalçı və separatçı rejim başçıları “rəsmi görüş” keçirərək “iki erməni dövlət”inin əlaqələrinin inkişafı məsələlərindən danışıblar. Daha sonra A.Sarkisyan və B.Saakyan keçmişdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığındakı məşhur Tuğ kəndində olub.xa0

Ermənistan dövlət başçısı kəndi gəzərək sakinlərlə söhbətləşib, onların iqtisadi-sosial problemləri ilə tanış olub,xa0 kənddəki tarixi abidələrə, burada fəaliyyət göstərən kiçik müəssisələrə, o cümlədən “Kataro” çaxır zavoduna baş çəkib.xa0

Burada A.Sarkisyan işçilərlə söhbətləşib, 2002-ci il istehsalı olan çaxırın dadına baxıb və Aprel döyüşlərində Azərbaycan torpaqlarında gəbərmiş erməni hərbçilərinin ruhuna badə qaldırıb...
Sultan Laçın