Erməni lobbisi separatizmi alovlandırır

Parlament - hər bir ölkədə qanunverici orqan deməkdir. O, daha çox ölkə və beynəlxalq əhəmiyyətli qanunların qəbulu və ratifikasiyası prosesini həyata keçirir. Ancaq bir çox supergüclər bu kriteriyalara adekvat davranmayıb parlament bəyanatları səviyyəsində digər dövlətlərin daxili işlərinə qarışır, demokratiya və insan hüquqları ilə bağlı əsassız ittihamlar səsləndirir, ərazi bütövlüyü və suverenliyə zidd açıqlamalar verirlər. 

Məsələn, ABŞ, Fransa, Rusiya, Belçika, İsveçrə və bir çox digər ölkənin ali qanunverici orqanı səlahiyyət çərçivələrini aşaraq ayrı-ayrı dövlətlər arasındakı məsələlərə dair qeyri-konstruktiv mövqe sərgiləyir və bu, artıq günümüzün reallıqları sırasındadır.

Erməni diasporu üçün mövcudluq mövzusu Qarabağdır

Azərbaycanın yaratdığı postmüharibə reallıqları hələ də bəzi mərkəzləri narahat edir. Ermənistan vasitəsilə Cənubi Qafqazı gərginlik ocağı kimi saxlamağa çalışan qüvvələr “Qarabağ kartı”nı ortaya ataraq sülh müqaviləsinin imzalanmasına doğru gedən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zərbə vurmaq istəyirlər. Amerika Birləşmiş Ştatlarından olan 87 konqresmenin prezident Donald Trampa müraciəti bu istəyin real ifadəsidir. 
 

Konqresmenlər Ağ evi Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmasına şərait yaratmağa çağırır, bu addımın guya humanitar məqsədlərlə bağlı olduğunu bildirirlər. Halbuki, hər kəs məsələnin arxasında erməni lobbisinin durduğunu, bütün cəhdlərin isə sülh sazişinin imzalanmasının qarşısını almağa hesablandığını görə bilər.


Prosesə mahiyyəti üzrə toxunaraq qeyd edək ki, Qarabağ ermənilərinin “hüquq və azadlıqları” ətrafında ən çox möhtəkirlik edən erməni diasporudur. Yəqin çoxları xatırlayır ki, Ermənistanda Nikol Paşinyana qədər hakimiyyətdə olan liderlərin dövründə erməni diasporu və onun ideoloji xətti əsas sayılıb. Həmin ideoloji xətt “Daşnaksütyun” partiyası üzərindən yürüdülüb ki, buna da səbəb daşnakların Ermənistanın işğalçılıq tarixində belə deyək, “yüksək mövqe” tutmaları və cəmiyyətdə güclü rəğbətə sahib olmaları idi.

Təbii ki, erməni diasporu üçün bu gün də yeganə varlıq səbəbi məhz Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyin, eləcə də 1915-ci ilin saxta “genosid”inin təbliği sayılır. Lakin Paşinyan komandasının hər iki məsələdə nisbətən loyal davranışa keçməsindən sonra diasporun vuran əlləri sayılan daşnaklar və xuntaçılar kölgədə qalacaqlarını və siyasi səhnədən silinəcəklərini anlayaraq hər vəchlə regional prosesləri mürəkkəbləşdirmək və sülh sazişini əngəlləmək istəyirlər. 

Niyə məhz Amerika?

Prosesin daha çox okeanın o tayından qızışdırılması erməni diasporu ilə yanaşı həm də lobbi dairələrinin marağındadır. Bayden-Blinken hakimiyyətinin başa çatmasından sonra amerikalı ermənipərəstlər yeni dayaqlar axtarmaqla məşğuldur. Onlar Paşinyan iqtidarının müraciətləri sayəsində Tramp administrasiyasına nüfuz etməyə çalışsalar da, sonda hər iki tərəf – həm rəsmi İrəvan, həm də erməni lobbistləri “oyundankənar vəziyyət”ə düşdülər. 

Bu gün ABŞ-də ən ağır vəziyyətdə olanlar məhz ermənilərlə əlbir olan konqresmenlərdir. Məsələn, qatı anti-Azərbaycançı, həyat yoldaşı erməni olan keçmiş senator Bob Menendes həbsdədir, ermənilərin xeyrinə, ölkəmizin əleyhinə çoxsaylı sənəd və qərarların müəllifi Adam Şiff Trampın hədəfinə tuş gəlib və rəsmi orqanlar Şiffin fəaliyyətinin korrupsiya tərəflərini araşdırmaqla məşğuldur. 87 konqresmenin adından Birləşmiş Ştatlar prezidentinə müraciət ünvanlayan Frenk Pallonenin COP29 iqlim konfransı zamanı Bakıya gələrək Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışdığını, lakin fiasko ilə üzləşdiyini isə hər birimiz xatırlayırıq. 
 

Ümumiyyətlə, müraciət ünvanlayan konqresmenlərin əsasən demokratlardan ibarət olduğunu, onların bir çoxunun “Amrikanın səsi” və “Azadlıq” radiostansiyasının, eləcə də USAİD-in bağlanmasına qarşı çıxdığını nəzərə alsaq, bu şəxslərin prezident Trampı Azərbaycan əleyhinə qızışdırmağa çalışması yalnız və yalnız erməni diasporu qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməklə bağlıdır.


“Qarabağ erməniləri” mövzusu niyə aktuallaşdı?

Erməni lobbisini hərəkətə gətirən daha bir neçə mühüm fakt var. Birincisi, Zəngəzur dəhlizinin açılması və onun Ermənistan ərazisindən keçən hissəsinin 100 il müddətinə ABŞ-nin təhlükəsizlik şirkətlərindən birinə icarəyə verilməsi perspektivləri, ikincisi, dövlət katibi Marko Rubiodan ölkə departamentinə ünvanlanan, bəzi istisna hallar olmaqla digər dövlətlərdə gedən proseslər, ələlxüsus da, seçki kampaniyaları ilə bağlı hər hansı açıqlamadan çəkinmək müraciəti Azərbaycanı tez-tez hədəf göstərməyə çalışan dairələrin rəzil arqumentlərini faktiki, əllərindən alır. 

Həm erməni diasporu, həm diasporla yaxın əməkdaşlıq edən kilsə müxalifəti, revanşistlər və xuntaçılar siyasi reputasiyalarını tamamilə itirdiklərini və 2026-cı ilin parlament seçkilərində Paşinyana alternativ qoya bilməyəcəklərini başa düşərək obrazlı desək, “batmaqda olan gəmi”ni xilas etməyə çalışırlar.

ABŞ və Azərbaycan strateji tərəfdaşdır

Ancaq onların cəhdlərinin uğur ehtimalı sıfıra bərabərdir. İlk növbədə, ona görə ki, bu gün ABŞ və Azərbaycan liderləri arasında xoş münasibətlər və dərin inam var. Prezidentlərin qarşılıqlı təbrik məktublarının məzmunundan da görünür ki, həm Prezident İlham Əliyev, həm də prezident Donald Tramp bir-birinin beynəlxalq fəaliyyətini yüksək qiymətləndirir və bir çox istiqamətlər üzrə əməkdaşlığı davam etdirmək əzmindədir.
 

Real sübut: Azərbaycan Prezidenti amerikalı həmkarına özünün sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkürünü bildirdi. Dövlət başçımızın “X” hesabında həmçinin bu sözlər yazılır:


“Mən bir daha prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik”.

Beləliklə, ortaya çıxan mənzərə budur: Tramp administrasiyası Bayden-Blinken cütlüyündən fərqli olaraq Azərbaycanın daxili işlərinə qarışmaq, erməni iddialarını müdafiə etmək deyil, Bakı ilə enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələr üzrə sağlam əlaqələr qurmağa üstünlük verir. Ağ evdə Prezident İlham Əliyevin bu yaxınlarda Xankəndidə təşkil olunan qlobal media forumunda Birləşmiş Ştatlar liderinin praqmatik siyasətinə verdiyi dəstək məmnunluqla qarşılanır və bu mövqe Bakı-Vaşinqton gələcək əməkdaşlığının “yol xəritəsi” kimi qəbul olunur. 

Belə bir vəziyyətdə uzun illər diaspor fəaliyyəti ilə müəyyən dividendlər qazanan amerikalı ermənilərin keçmişi qaranlıq olan konqresmenlər, Samanta Pauer kimi lobbistlər, eləcə də Bakı həbsxanasında oturan Ruben Vardanyanın adı ətrafında təbliğat qurmaqda məqsədi getdikcə güclənən ABŞ-Azərbaycan əlaqələrinə zərər vurmaqdan ibarətdir.

Bütün anti-azərbaycançı qüvvələrə sərt cavab

Məsələnin problemli tərəfi həm də odur ki, amerikalı ermənipərəstlər Avropada anti-Azərbaycançı mövqeyi ilə tanınan ölkələr – İsveçrə, Belçika, Fransanın ali qanunvericilik orqanları ilə koordinasiyalı şəkildə çalışır.
 

İsveçrə parlamentinin Qarabağ ermənilərinin geri qayıdışı üzrə layihə hazırlayan üzvlərini, həmçinin, sabiq erməni diplomatı - Vardan Oskanyanı Vaşinqtona dəvət edən ABŞ konqresmenləri bu günlərdə Fransa Milli Assambleyası tərəfindən də Qarabağı tərk edən ermənilərin məsələsinin müzakirəyə çıxarılmasına stimul yaratdılar. 


Bir sözlə, Azərbaycan dövlətinin sürətlə gücləndiyini və Prezident İlham Əliyevin qlobal səviyyədə nüfuz sahibinə çevrildiyini görən bütün bədxah dairələr bir araya gələrək ölkəmizi nüfuzdan salmaq üçün qəti hərəkətə keçiblər.

Bəli, rəsmi Bakının Cənubi Qafqazda sülh təşəbbüsünün müəllifi olmasına baxmayaraq, Azərbaycan hələ də bəlli mərkəzlərin dezinformasiyaları və diplomatik hücumlarına məruz qalır. Lakin erməni ideologiyasına xidmət edən bəzi ölkələrin parlament təmsilçiləri nəhayət, anlamalıdırlar ki, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıq bölgənin uzunmüddətli geosiyasi konfiqurasiyasının təməl prinsipidir. Regionda yeni münaqişə ocağı yaratmaq və hərbi eskalasiyanı dərinləşdirmək mümkün olmayacaq, çünki, bu məkrli planların önünü güclü Azərbaycan dövləti və onun yaxın dostlarının iradəsi kəsəcək.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci KƏSKİN AZALDIB

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci KƏSKİN AZALDIB

Yeni təmayül tədris modeli məktəblərdə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ - FOTO

Yeni təmayül tədris modeli məktəblərdə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ - FOTO

İlin ikinci Ay tutulması OLACAQ - Azərbaycanda da müşahidə olunacaq

İlin ikinci Ay tutulması OLACAQ - Azərbaycanda da müşahidə olunacaq

Salyanda 16 yaşlı qızın toyunun QARŞISI ALINDI

Salyanda 16 yaşlı qızın toyunun QARŞISI ALINDI

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək – TARİX AÇIQLANDI

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək – TARİX AÇIQLANDI

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı – FOTO

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı – FOTO

Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

Qaradağda yük maşını AŞDI

Qaradağda yük maşını AŞDI

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

Mexanik 2026-cı ildə uzaq durmağı tövsiyə etdiyi 5 bahalı lüks avtomobili açıqlayıb

Mexanik 2026-cı ildə uzaq durmağı tövsiyə etdiyi 5 bahalı lüks avtomobili açıqlayıb

General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

FHN əməliyyat görüntülərini yaydı: 685 yanğına çıxış, 6 qəza, partlayış... – VİDEO

FHN əməliyyat görüntülərini yaydı: 685 yanğına çıxış, 6 qəza, partlayış... – VİDEO

Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

Ağcaqanadlardan qorunmağın yeni üsulu tapıldı

Ağcaqanadlardan qorunmağın yeni üsulu tapıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Ukrayna Belqorodu raketlə vurdu - 6 ölü var

Ukrayna Belqorodu raketlə vurdu - 6 ölü var

Sentyabrda növbəti isti hava dalğası gözlənilir - Xəbərdarlıq edildi

Sentyabrda növbəti isti hava dalğası gözlənilir - Xəbərdarlıq edildi

Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib

Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

End of content

No more pages to load

RADİO