Ukraynanın Kiyev şəhərində dron hücumu zamanı ölən azərbaycanlı bu gün Kürdəmirdə torpağa tapşırılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, sentyabr ayının 27-də axşam saatlarında Rusiyanın Ukraynaya dron hücumu zamanı ölən azərbaycanlı, Kürdəmirin Pirəköcə kənd sakini 48 yaşlı Abbas Abbasovun meyiti gecə saatlarında ölkəyə gətirilib və ata-baba ocağı olan rayonun Pirəköcə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, həmyerlimiz 17 ilə yaxın idi ki, Ukraynanın Kiyev şəhərində yaşayırdı və ticarətlə məşğul olurdu. Ailəli idi, 4 övladı var idi.

Bizim.Media, Aran bürosu