Qaxda yeddi kiloqram narkotik vasitə aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan yeddi kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə İran vətəndaşından əldə etdiklərini bildiriblər.
Onların əcnəbi narkotacirlə danışıqları mobil telefonlarında "WhatsApp" mesencerində qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media