70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

“Haqqında intizam tənbehi belə olmayan bir direktorun 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılması nə deməkdir?”

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo.az”a Şəmkir rayon H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva müraciət edib.

O bildirib ki, məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən iclas keçirilib:

“Hələ avqustun 28-i Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbimizdə təhsilin keyfiyyətini öyrənmək məqsədilə yoxlanış baş tutdu. Təbii ki, heç bir problem yox idi, təhsil müəssisəsimiz reytinqlidir. Belə ki, 5 ildir ardıcıl olaraq RFO üzrə qızıl və gümüş medal qaliblərimiz var. 81 məzundan 49 nəfəri ali məktəbə qəbul olub. Bir dəfə də olsun barəmizdə hər hansı şikayət olmayıb. Ancaq keçirilən bu yoxlanış heç də şəffaf olmadı...”

Direktorun sözlərinə görə, yoxlanışdan bir müddət sonra keçirilən iclasda Şəmkir Təhsil Sektorunun Həmkarlar İttifaqının üzvü iclasa müdaxilə edib:

“Kollektivim də məndən razıdır.Lakin iclasa müdaxilə edənlər yazılan protokolu əsassız saydı və sədri sektora apardılar. Sözügedən şəxslər qərəzli şəkildə akt hazırladılar. Heç bir əsas və şikayət olmadan səlahiyyətlərindən qanunsuz formada istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağıma səbəb oldular”.

R.Rəfiyeva həmçinin əmək məzuniyyətinin də qanunsuz şəkildə pozulduğunu iddia edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirildi ki, sözügedən məktəbdə monitorinq aparılıb:

“Bu çərçivədə Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində idarəetmənin, həmçinin tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinin yoxlanılması məqsədilə sistemli nəzarət tədbirləri ardıcıl olaraq davam etdiriləcək və hüquqpozmalara yol verən şəxslər barəsində qəti intizam tədbirləri görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

End of content

No more pages to load

RADİO