Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedib.
İki günlük səfər çərçivəsində Paşinyan İranın ali dini lideri Ayətulla Əli Xameneyi, prezident Həsən Ruhani və İran Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşlər keçirəcək.xa0
Bundan əlavə, Ermənistan baş naziri “Ararat” idman-mədəniyyət mərkəzinə baş çəkəcək, İsfahanda erməni icmasının nümayəndələri ilə görüşəcək.xa0
Qeyd edək ki, bu, baş nazir postuna yiyələndikdən bəri Paşinyanın İrana ilk rəsmi səfəridir.(azvision.az)