Terrorçunun abidəsi və Azərbaycana qurulan tələ...

Xəyanətkarlar

Ermənistan 200 ilə yaxındır ki, Cənubi Qafqazın vahidliyi və Türk dünyası üçün problem mənbəyi kimi bəslənməkdədir. Ötən əsrin əvvəllərində erməni diversiyaları Türkiyəyə xəyanət maşınına çevrilmiş, kürd faktoru arxa planda saxlanılırdı. İndi isə Türkiyəyə daxildən zərbə batalyonu rolunda PKK – bölücü terror təşkilatı və onun siyasi qolu HDP ilə idarəolunan bir prosesin mərkəzində qərar tutublar. Erməni lərəisə saxta soyqırım iddiası ilə “diplomatik, uzaq mənzilli taktika”nı tapşırıblar. Erməninin əsas vəzifəsi Rusiyanın nəfinə Qafqazın bütövlüyünü pozmaq, demokratik və bütövlük yolunda qonşu Gürcüstan və Azərbaycana buxov olmaqdan ibarətdir. Böyük Ermənistan xəstəliyinə yoluxmuş erməni zehniyyəti bunun Türkiyə, Azərbaycan və Gürcüstan torpaqları hesabına qurulması kimi sərsəm iddiaya susadılmışlar. 30 ilə yaxın bir dövrdə Azərbaycan və Gürcüstanın məhz erməni xəyanətinin yaratdığı problemlər səbəbindən demokratiyaya keçidixa0 çətin bir prosesə çevrilmişdir.

Strateji müttəfiqliyin tələbləri

Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyini bu labirintdən çıxmaq üçün həmişə vacib hesab etmişik.xa0 Strateji müttəfiqlik həm də bir-birinin milli məsələlərinə ehtiram nümayişi deməkdir. Erməni terrorçusuna Axalkalakidə abidə qoyulmasıxa0 bu məsələdə problem olduğunu, Gürcüstanınxa0 hələ də Azərbaycanın milli məsələlərinə hazırlanmadığıxa0 özünü biruzə vermişdir. Burada erməni barmağıxa0 olduğu birmənalıdır.xa0 Bu təxribat önlənməli,xa0 ayıq-sayıq gürcü kəşfiyyatı və siyasi rəhbərliyi cəsarət sərgiləyərək Azərbaycanı incidəcək addım atmamalı idi.xa0xa0

Prezident niyə susur?

Ola bilər ki, xaç amili burada rol oynayıb. Bəs Gürcüstan Azərbaycanı niyə bu oyuna qoşdu, dostluq prinsiplərini tapdaladı? Hələ arxası ilə Azərbaycan iqtidarını ittihama tuş edərəkxa0 Gürcüstan XİN sözçüsü abidə məsələsinin Azərbaycanla razılaşdırılması haqqında mətbuata mesaj ötürdü. Maraqlıdır. Bəs, Azərbaycan tərəf bu ciddi ittihama niyə reaksiya verməyib, susqunluğun kökündə nə durur? Bəlkə Kreml göz ağardıb?! Deyəsən bizimkilər bu sualın cavabını əlahəzrət zamana buraxdılar.

Azərbaycanı Rusiyanın ayağı altına atma planı

Paralel olaraq Kremlin Azərbaycana birbaşa və dolayı formadaxa0 müxtəlif səpkili basqıları müşahidə olunmaqdadır. Özü də Gürcüstan üzərindən.xa0 Nə istəyirlər? Rusiya etdikləri xidmətlər müqabilində, daha doğrusu Azərbaycan iqtidarını himayəsinin müqabilində daha çox mənfəətxa0 istəyənə oxşayır. Gürcüstan şefi İvanişvilinin kapitalının ağırlığınınxa0 Rusiyada olduğunu söyləyənlər çoxdur. Rusiya ilə Gürcüstanın alt qatdaxa0 siyasi işbirliyinin Azərbaycanı cəzalandırmaq meyli və ya Ermənistana pozitiv meyllənmələri də siyasi oriyentasiya ilə, öz canlarının xilası naminə Azərbaycanı Rusiyanın ayaqları altına atmağa razılaşmaqla bağlı ola bilər. Son zamanlar Ermənistana Abxaziya, Cənubi Osetiyadan yeni daha rahat yolun açılması, Rusiyadan Gürcüstanın qaz alacağı ilə bağlı danışıqların getməsini də təsadüfi hesab etmək doğru deyil.xa0

Azərbaycanın geopolitik gələcəyi və Rus imperializmi

Etiraf olunmalıdır ki, Azərbaycanxa0 strateji məkandır. Böyük Turan idealının mərkəzidir. İranda 35 milyon Azərbaycan türkü öz müqəddəratını təyin etmək istəyindədir. Azərbaycan təbii ehtiyatları ilə zəngindir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın inkişafı, bütövləşməsixa0 regionda, eyni zamanda Orta Şərqdə yeni münasibətlər sisteminin yaranmasına gətirib çıxara bilər. Azərbaycanın demokratikləşməsini də buraya əlavə etsək Rusiyanın onun üzərində oyun oynama imkanlarə minimuma enər. İndi görünən odur ki, Rusiya bütün vasitələrlə, hətta Gürcüstanı NATO - ya buraxmaq bahasına da olsa, Azərbaycanı buraxmaq istəmir. İvanişvilinin də döngədə atı dəyişdirməsinin, Azərbaycanın kürəyinə xəncər saplamasının kökündə bu amilin durması rol oynaya bilər. Azərbaycan iqtidarının, konkret halda islahatçı imicinə sahiblənmək istəyən Azərbaycan Prezidentininxa0 bu versiyaya susqunluğu məncə, hakimiyyətdə rusofillərin hələ ki nəzarəti əldə saxlamaları ilə bağlıdır.xa0

Hakimiyyət daxili savaş – mühafizəkarların dirəyi

Azərbaycan iqtidarı monolit təsir bağışlasa da, kifayət qədər ziddiyyətlər qazanına bənzəyir. Mətbuatda gedən məlumatlar əsasında bu qənaət hasil olur ki, muhafizkarların və ya demək mümkünsə Kremlin əsas dayağı rolunda Prezident administrasiyasının rəhbərixa0 Ramiz Mehdiyev dayanır. Hökumətdə aparıcı fiqurlar, yeli İcra hakimiyyətləri və parlament məhz onun nəzarətindədir. Daha doğrusu Kremlin vizası ilə görəvlidirlər.xa0

ASANxa0 xidmətin təqdimatında iştirakımı xatırladım. Təqdimatı həyata keçirəndən “ASAN” abiverturasının açılışının məzmununu soruşdum. O isə hərfi mənada əks olunduğu kimi “asan”, “yüngül”, “rahat” xidmət anlamına gəldiyini bildirdi. Daha sonra “dövlət hakimiyyət orqanları işi çətinə saldığı üçün yaradılıb yəqin”,xa0 sorğuma təbəssümlə cavab verdi. Görünən odur ki, mühafizəkarların əlində olan hakimiyyət rıçaqları hər tərəfdə problemlər yaradaraq ölkəni demokratik dünyadan təcrid edərək Rusiyaya meylli nastolji aşılamaq xəttinə önəm verməkdədirlər.xa0
Son müsahibəsində Prezident elan etdi ki, ASAN xidməti məhz o yaradıb. Məncə açar burada axtarılmalıdır. Duyduğum odur ki, mühafizəkarların himayədarı, yəni Moskva hələ güclü olduğu üçün mühafizəkarlar söz sahibidirlər və islahatçı zehniyyətin meydana daxil olmasını bütün vasitələrlə əngəlləməkdədirlər. İslahatçıların lideri kimi özünü təqdim etməyə çalışan Prezidentin rəhbərliyində qurulmuş alternativ hakimiyyət orqanı olan ASAN xidmət hələ ki, özünün rəhbərlik etdiyi Prezident aparatının yanında gücsüzdür və o səbəbdən baş verənlərə seyrçi qalmağa üstünlük verməklə susqundur. Yenə o fikirdəyəm ki, Gürcüstanda erməni terroristinə abidə ucaldılması, özü də həssas 20 yanvar günü onun açılışının edilməsi, bunun arxasınca Ermənistanın blokodadan məhz Gürcüstan əraziləri vasitəsilə çıxarılmasına cəhd, Rusiyanın Ermənistana daha müasir silahlar satacağı ilə bağlı verdikləri bəyanatlar və ya Rusiya qazının Gürcüstana satılması məsələsinin gündəmə gəlməsi pressinqdir və İlham Əliyev danışdırılmalıdır! Hökumətin verdiyi təxribatçı qərar da hakimiyyət daxili savaşın, daha doğrusu siyasi oriyentasiyanın müəyyənləşməsinə diqtələrdir.xa0

Demokratikləşən Ermənistan

Ermənilər demokratik seçki keçirdi. Paşinyan da nəhayət gücü öz xalqından aldı. Yəni Ermənistan siyasi baxımdan daha da gücləndi. Rusiyanın dəstəyinin üzərinə Qərbin də birmənalı dəstəyi gəldi. Fransanın erməni soyqırımını xüsusi qeyd edəcəkləri ilə bağlı israrı da bunun göstəricilərindən sayıla bilər. Digər Avropa dövlətlərinin də oxşar mövqe sərgiləyəcəkləri ehtimalı yüksəkdir.xa0

Azərbaycana xəyanətin fəlsəfəsi

Qonşu Gürcüstanda, özü də Azərbaycan və Türkiyə ilə strateji müttəfiq hesab olunan Gürcüstanın indiki iqtidarının Azərbaycana xəyanət etməsi də bu kompleksin tərkibinə oxşayır. Gürcüstan Azərbaycana bağlanıb Rusiyanın xarabalıqlarında qalmaq istəmir. Azərbaycana xəyanət hesabına da olsa, Qərb seçimini Rusiya ilə də razılaşdıra bilir. Acı da olsa etiraf edim ki, Azərbaycanı, 200 ildi qanımızı içən, hələ də qanları qurumamış Xocalı soyqırımını Ermənistanla birlikdə törədən, düşmənimizin dostu, 20 yanvar qətliamını törədən Rus ayısının ağzına atmaq istəyən qonşularımız və onların siyasətinə xidmət edən rus canişinlərin avtoritet olduğu iqtidarın işğalı altında yaşamağa, inləməyə məhkum edilmişik. Ötən əsrin 20-ci illərində baş verənləri xatırlamalı, xətaları təkrarlamamalı, ən az itki ilə bu durumdan çıxmalıyıq.

Mühafizəkarlar və İslahatçıların savaşı

Mühafizəkarlar əksər sahələrdə çirkli kapitalla zəngindirlər. Rəsmi hakimiyyət strukturlarında kök salmış mafiya, ən əsası isə Kremlin timsalında qan içən imperiya maşını mühafizəkarların cəbbəxanasıdır. Milli-ideoloji sistemə, M.Ə.Rəsulzadənin ideya-siyasi irsinə, Elçibəy şəxsiyyətinə barışmazdırlar. Milli məfkurədən, xalqdan ifrat uzaq məsafədə qərar tutmuş, antidemokratik zehniyyət sahiblərinin qruplaşmasıdır. Qorxuludurlar. Öz missiyaları və maraqları naminə hətta qurulu dövləti də uf demədən uçurarlar. Missiyaları Azərbaycanı yenidən rus imperiyasına təslim etməkdir.xa0
İslahatçı qanad özünü göstərməkdədir. Təbii ki, subyektiv mülahizələrimdir. İslahatçı qanada hələ ki Prezident və xanımı iddialı görünür. Xüsusi bir tələbat olmadan birinci vitse prezident postunun təsis olunması və xanımın o məqamda qərar tutması uzaq məsafəli stratejinin, həm də gizli qruplararası savaşın tərkibidir. Rəsmi səlahiyyətləri var, biri olmadıqda o birisi görəvdədir, qəfil hadisələrdən sığortalıdırlar. Komandaları isə ASAN xidmət və könüllülərdir. Daha çox gənclərin bu cinahda təmərküzləşməsi də diqqət çəkəndir. İdeoloji və siyasi oriyentasiya ilə bağlı açıq mövqeləri yoxdur. Hər halda mən görmürəm. AXC-Musavat cütlüyü deyərək milli hakimiyyəti lənətləmələri ciddi şübhələrə yol açır. Ən azı gerçək islahatçı, millətə yaxın bir xəttin aparıcısı iddiasındadırlarsa, bu məqama toxunmaya da bilərlər. Bəlkə də mühafizəkarların diqtəsi öz işini görür.xa0
Ən qorxulu məqam bu qütblərin toqquşmasıdır. Bu dağıdıcı ola bilməklə Rus tanklarının sərhəddimizixa0 keçməsinə münbit şərait yarada bilər. Fikrimcə, daha çox mühafizəkarların nəzarətində olan trollar və media onları iç savaşı körükləməkdədir.xa0 Milli qüvvələr xaotik axtarışdadır. Təbii ki, ən kritik anda məsuliyyəti öz üzərinə götürəcək qüvvə də onlardır. Bu dartışmalar bir uzlaşma ilə əvəz olunar, inşallah.xa0

Qurtuluş yolu

Fikirlərim müəyyən basqılara məruz qalmağıma səbəb ola bilsə də,xa0 ən optimal çıxış yolu, fikrimcə bu ola bilər. Prezident səmimidirsə milli qüvvələrə əl uzatmalıdır. Əsas aparıcı siyasi qüvvələr və hamının etibar etdiyi nüfuz sahibi olanxa0 aydınlarımızla dialoqa start verilməsi gündəmə gəlməlidir. Prezident mütləq səlahiyyətlidir. “Prezident”, “milli qüvvələr” və “xalq” üçlüyünün ümumdövlət məsələlərində bir konsepsiyada əməkdaşlığı ən doğru yol olardı. Prezident və onun komandasının bu sahədə düşünməsi, bu və ya buna oxşar bir modeldə təşəbbüskar olması Azərbaycan dövlətçiliyi baxımından tarixi şans olardı. Onda heç kimin bizimlə oyun qurma imkanları olmaz, Azərbaycan sürətlə gerçək mahiyyətini dünyaya nümayiş etdirə bilər. Bunlar olmadığı üçün hərə bostanımıza bir qara daş atmağa cəsarət tapır. Abidə təxribatı bu yola təkan verə bilər...

Abidə təxribatı və Millətin görəvi

Axalkalakidəki caninin abidəsi oyun da olsa, götürülməlidir. Orada gözərən təxribat alovunu milli qurtuluş alovuna çevirmək millətimizin borcudur. Heç kimdən, xüsusilə şimaldan imdad olmayacağına inanaraq özümüzə güvənə bilsək, yumruq kimi birləşsək zəfər bizimdir. Dövlətimizə sahib çıxmalıyıq. Əks halda bu dövləti məhv edə, müqəddəs bayrağımızı əbədi olaraq endirə bilərlər.


Zəlimxan Məmmədli, "Borçalı" Cəmiyyətinin sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

End of content

No more pages to load

RADİO