Xorvatiyanın məşhur Makarska kurortunda turistlərin gecədən dəsmal və hava döşəkləri qoyaraq çimərlikdə ən yaxşı yerləri “rezerv etməsinin” qarşısı alınır.
Bizim.Media xəbər verir ki, bələdiyyə əməkdaşları səhər erkən saatlarda reydlər keçirərək nəzarətsiz qoyulan əşyaları yığışdırırlar.
Ötən reydlərdən birində o qədər dəsmal və şişmə əşya müsadirə edilib ki, onların hamısı bir yük maşınına yerləşib.
Hakimiyyət bildirir ki, çimərliklər bütün istirahət edənlər üçün nəzərdə tutulub və yerləri əvvəlcədən tutmaq yolverilməzdir. Qayda pozuntularına qarşı reydlərin davam etdiriləcəyi açıqlanıb.
Bizim.Media