İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır.
Bizim.Media TASS-a istinadən bildirir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.
Diplomatın sözlərinə görə, münaqişə tərəfləri hazırda da qapalı məsləhətləşmələri davam etdirirlər. Bu təmaslarda irəliləyişin olub-olmadığına dair suala isə Faysal Niyaz Tirmizi müsbət cavab verib.
Eyni zamanda, o, danışıqların keçirildiyi yeri açıqlamayıb.
"Bu, ictimaiyyətə açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik", - deyə səfir qeyd edib.
Bizim.Media