ABŞ-ın Tennessi ştatında yaşayan 101 yaşlı Con Kerroll və 100 yaşlı həyat yoldaşı Cerri 80 illik evliliklərindən və uzun ömürlərindən danışaraq sadə vərdişlərini bölüşüblər.
Bizim.Media xəbər verir ki, cütlüyün fikrincə, uzunömürlülüyün əsas qaydaları bunlardır:
Sevdiyiniz yeməklərdən imtina etməmək;
Bir-birini sevmək və qayğı göstərmək;
Mümkün qədər uzun müddət müstəqil qalmaq;
Hər gün fiziki aktiv olmaq;
Ailə, dostlar və cəmiyyətlə əlaqəni kəsməmək.
Cütlük həftədə bir neçə dəfə restoranlara gedir, hər cümə günü isə dostları ilə McDonald's-da səhər yeməyi yeyir. Onlar həmçinin ailələri ilə vaxt keçirir və kilsəyə gedirlər.
Cerri uzunömürlülüyün ən vacib şərtlərindən birinin özünü cəmiyyətdən təcrid etməmək olduğunu vurğulayıb.
Bizim.Media