DÜZ 80 İL ƏVVƏL...  70 milyon insanın ölüm fərmanı verildi – TARİXİ FAKTLAR 

22 iyun 1941-ci ildə 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlayıb, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olub. 

Bizim.Media xəbər verir ki, II Dünya Savaşı kimi tanınan hərbi əməliyyatlar yuxarıda göstərilən tarixdən SSRİ-də Böyük Vətən Müharibəsi adlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Hitlerin xəzinələri" haqqında yeni məlumatlar var - Görün hansı ölkədə tapıldı - FOTO


Sovet radiosu vasitəsilə bunu ilk elan edən isə, Yuri Levitan olub:

“Diqqət, danışır Moskva. Hökumətin vacib mesajını ötürürük. Sovet İttifaqının vətəndaşları! Bu gün səhər saat 4-də heç bir savaş elanı olmadan alman silahlı qüvvələri SSRİ sərhədlərinə hücum ediblər. Sovet xalqının nemes-faşist işğalçılarına qarşı Böyük Vətən Müharibəsi başladı. Bizim işimiz haqq işidir, düşmən dağıdılacaq. Qələbə bizimlə olacaq”

Bu xəbərdarlıqdan sonra SSRİ-nin mərkəzi hissələri kimi ucqar nöqtələrində də ajiotaj yaşandı. Hər bir SSRİ respublikasında səfərbərlik elan edildi, ön və arxa cəbhələr yaradıldı.

Azərbaycanda silah istehsalı ilə məşğul olanlar, pambıq yığanlar, əsgərlərə qida hazırlayanlarla yanaşı sovet qoşunlarının irəliləməsi naminə neft buruqlarında aramsız çalışanlar var idi. 70 milyona yaxın insanın həyatına son qoyan Hitler ideologiyası ön cəbhədə qəhrəmanlıq edən minlərlə azərbaycanlını da həyatdan apardı.

Azərbaycan nasizmə qarşı “Mixaylo”lar bəxş etmiş diyardır. 

Ən çox itkini isə 35 milyon ölümlə Çin verib. Almanların hücumlarına intensiv məruz qalan SSRİ itkilərə görə ikinci yerdədir. Rusiya Federasiyasının 2015-ci il məlumatına əsasən almanlar savaş ərzində 26 milyon 600 min sovet hərbçi və dinc sakinini qətlə yetirib. 

Azərbaycanın qəhrəman oğulları...

Ulu öndər Heydər Əliyev deyib:

"Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərdən çox oğlan və qızları cəbhəyə yollanıb.”

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi.

Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi.

"Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. 

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Baltikyanı respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşub. Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanıb. Təyyarəçi Hüseynnbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi.  

Moskva uğrunda döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirib. 1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur edib. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olub.

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endiriblər. 

Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilib.

Azərbaycanlılardan ibarət diviziyalardan danışsaq, 77-ci, 223, 402, 396, 416-cı və başqa milli atıcı diviziyaları nümunə gətirmək olar. Bununla yanaşı, SSRİ neftinin 70 faizini Bakı təmin edirdi. Yəni, Azərbaycan paytaxtı olmasaydı, nə sovet təyyarəsi uçar, nə də avotomobil və zirehli texnikası hərəkət edərdi. 

Bakıya hələ də qəhrəman şəhər adı verilməyib... 

Əlbəttə ki, keçmiş Yuqoslaviya, İtaliya, Fransa, Krım, Belarus və digər ölkələrdə almanlara qarşı vuruşan Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli, Əhmədiyyə Cəbrayılov, Hüseynrza Məmmədov kimi azərbaycanlı partizanları da unutmaq olmaz. 

Rəsmi məlumatlara görə, cəbhəyə yollanan 640 min azərbaycanlıdan 350 mini geri qayıda bilməyib. 

Azərbaycan hər zaman terrora qarşı olub və ədalət uğrunda mübarizədə qüvvəsini əsirgəməyib. Elə hazırda da ölkəmiz Böyük Vətən Müharibəsi xatirəsinə sadiqliyini nümayiş etdirir. Çünki 80 il öncə hazırda müstəqil olan dövlətlər faşistlərə qarşı bir bayraq altında döyüşürdü.

Yəni, Bakı Baltikyanı dövlətlər, Ukrayna kimi “1941-1945”ə aid abidələri sökmür, Ermənistan kimi Hitler qoşunlarına başçılıq edən Njdeyə abidə ucaltmır.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO