"Nəsimi öz təfəkkür tərzinin yeniliyi ilə bizim üçün əzizdir, ona görə də..."

“Azərbaycan Prezidentinin 2019-cu ili “Nəsimi ili” elan etməsi bir daha sübut edir ki, o, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin, bütövlükdə mənəviyyatının ən mükəmməl qoruyucusudur, qədirşünasıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru Kamal Abdulla Azərbaycan Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etməsini şərh edərkən bildirib.

Ulu Öndərin Nəsimi kimi bir şairin 600 illiyini qeyd etməsi, bu gün 650 illiyinin qeyd edilməsi, sabah isə neçə min illərinin qeyd edilməsi onu göstərir ki, Azərbaycan xalqı öz ədəbi simalarının gücü, ruhu və enerjisi ilə öz daxili aləmini zənginləşdirməkdən usanmır:

"“Nəsimi bu gün üçün kimdir” sualına belə cavab vermək olar ki, Nəsimi insanı sevməsi ilə bu gün bizim üçün əzizdir.xa0 Nəsimi Azərbaycan dilinə o dövrdə bəlkə də ədəbi dil üçün hələ xarakterik olmayan dil və üslub məqamlarının gətirilməsi ilə bizim üçün əzizdir. Nəsimi öz təfəkkür tərzinin yeniliyi ilə bizim üçün əzizdir. Və onu qeyd etmək istərdim ki, Nəsimidə çox yüksək və geniş şəkildə dünyaya, bəşəriyyətə məhəbbət hissləri öz əksini tapıb. Nəsimi ayrı-ayrı xalqları, ayrı-ayrı dinlərin nümayəndələrini deyil, bütün insanları, bəşəriyyəti sevir, bu onun şeirlərində özünü göstərir. Şeirlərinin birində yazır ki, bilmirəm İsasan, ya Məsih, ya başqa bir dinin nümayəndəsisən, ya xristiansan, ya müsəlmansan, hər kim olursan ol, mən səni sevirəm. XIV əsrdə bunu yazan, dünyaya açılan, irqindən, rəngindən, dilindən asılı olmadan bütün insanları sevən şair bu gün də Azərbaycan mənəviyyatının inkişafına, möhkəmlənməsinə, formalaşmasına öz yaradıcılığı ilə xidmət edir".

Yazıçının fikrincə, Prezidentimizin məhz bu ili “Nəsimi ili” elan etməsi, həm də Azərbaycan xalqının, millətimizin, dünya azərbaycanlılarının, Azərbaycan dövlətinin mənəvi bir qələbəsidir.

"Mən inanıram ki, ziyalılarımız, filoloqlarımız, ədəbiyyatsevərlərimizlə birlikdə təkcə azərbaycanlılar deyil, Azərbaycanı sevən bütün qüvvələr bu ili ləyaqətlə qeyd edəcəklər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

“Zirə” Özbəkistan klubuna uduzdu

“Zirə” Özbəkistan klubuna uduzdu

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Sabah çimərliklərdə hava küləkli olacaq

Sabah çimərliklərdə hava küləkli olacaq

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

End of content

No more pages to load

RADİO