Ötən həftəsonu Moskvada Rusiya və Türkiyə arasında Suriya ilə bağlı danışıqlar aparılıb.
Danışıqlarda müzakirə mövzusu Suriyada Fərat çayından şərqdə Türkiyənin reallaşdırmağa hazırlaşdığı hərbi əməliyyat olub.
Əldə edilmiş razılaşmaya görə, Ankara və Moskva Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq ünvanlayaraq suriyalı hərbçilərin Mənbic şəhərinə daxil olmalarının "arzuolunmazlığı"nı bəyan ediblər.
Beləliklə, "Suriya Demokratik Qüvvələri" adı ilə pərdələnən terrorçu PKK və YPG dəstələri Mənbici tərk etmək məcburiyyətində qalacaqlar.(milli.az)