“Hörümçək toru” əməliyyatı ilə bağlı sensasion faktlar ÜZƏ ÇIXDI – Buryaçenkodan EKSKLÜZİV AÇIQLAMA

“Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən Hörümcək toru” xüsusi əməliyyatı miqyası və texnoloji təminatı baxımından həqiqətən də misilsiz bir əməliyyat idi. Bu əməliyyat eyni anda üç saat qurşağında həyata keçirilib və Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, kifayət qədər uzun müddətə hazırlanıb”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyib. 

Rusiyanın nüfuzuna böyük zərbə

Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatları, müharibənin bundan sonrakı seyri və sülh müqaviləsi üçün atılması vacib addımları şərh edən Buryaçenko, Kiyevin Moskvaya bərpa olunması mümkün olmayan zərbələr endirəcəyini qeyd edib.

“Ən diqqətçəkən cəhət isə ondan ibarətdir ki, əməliyyatda süni intellektlə işləyən dronlardan istifadə olunub. Bu texnologiya dəqiq və nöqtəvi zərbələr endirməyə imkan verir. Xüsusilə bərpa olunması mümkün olmayan, ciddi strateji əhəmiyyətə malik hərbi təyyarələrə yönəlmiş zərbələr nəticəsində maksimum ziyan vurulub və insan faktoru minimuma endirilib. 

Həmçinin, hərbi aerodromlara yaxın ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) operatorlarının olması çox risklidir. Bu səbəbdən, belə bir texnoloji əməliyyat Moskvaya reputasiya baxımından sarsıdıcı zərbə olub və Rusiyanın yeni nəsil texnoloji hücumlara qarşı cavab vermək iqtidarında olmadığını göstərib”. 

Politoloq bildirib ki, Ukrayna bununla göstərdi ki, Rusiya tərəfindən İstanbulda keçirilən ikinci görüşdə təklif olunan təslim şərtlərini qəbul etməyəcək və suverenliyini müdafiə etməkdə davam edəcək:

“ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq bu hadisələri şərh edərkən, bunu Ukraynanın eskalasiyası kimi qiymətləndirib, bu isə bir qədər qəribə səslənir. Axı müharibə gedir və zərərçəkən tərəfin aqressor ölkəyə cavab verməsi tamamilə haqlıdır. Belə olan halda, ABŞ tərəfindən “deeskalasiya” nə kimi başa düşülür? Bu, Ukraynanın təslim olması deməkdirsə, bu, ciddi suallar doğurur”.

Avropa mediası isə bu əməliyyatın nəticələrini ümidverici qarşılayıb:

“Çünki bu, Ukraynanın mübarizəyə davam edəcəyinin və suverenliyini qoruyacağının göstəricisidir. Həm də Ukrayna Rusiya silahlı qüvvələrini cəbhədə saxlayaraq Kalininqrad vilayəti, Suvalki dəhlizi kimi Avropa İttifaqı ölkələrinə yönəlməsinin qarşısını alır. Üçüncü vacib məqam isə odur ki, Ukrayna bu əməliyyatla özünün güclü və daim inkişaf edən hərbi-texnoloji potensialını nümayiş etdirdi. Bu sahədə Avropa ordularının belə təcrübəsi yoxdur və Ukrayna ordusu gələcəkdə Avropa təhlükəsizliyinin təməli ola bilər. Bu məsələ “arzulular koalisiyası”nın görüşlərində dəfələrlə müzakirə olunub”.

Analitik əlavə edib ki, Rusiya-Ukrayna danışıqları göstərdi ki, Moskva sülhdə maraqlı deyil:
 

“İlk görüşdən bəlli oldu ki, Rusiya müharibəni davam etdirmək niyyətindədir. Heç bir atəşkəs və ya sülh gündəmdə deyildi. Rusiya yalnız daxili siyasi məqsədlər naminə və Qərbin sanksiyalarını gecikdirmək üçün imitasiya xarakterli danışıqlara razılıq verib. İki raund danışıqlardan sonra Rusiya heç bir konstruktiv təklif irəli sürmədi. 


Yalnız əsir mübadiləsi ilə bağlı humanitar məsələlər müzakirə olundu. Ukraynanın istənilən təşəbbüsü isə sadəcə rədd edildi. Çünki Rusiyanı danışıqlarda təmsil edən şəxs bu danışıqlarda qərar vermək səlahiyyətinə malik deyildi, Kremlin sözlərini sadəcə ötürən şəxs idi”, - deyə O.Buryaçenko əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

12 yaşlı uşaq kanalda batdı

12 yaşlı uşaq kanalda batdı

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Konqoda yeni meymun növü aşkarlandı

Konqoda yeni meymun növü aşkarlandı

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

End of content

No more pages to load

RADİO