Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlı konfrans KEÇİRİLDİ - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, Hərbi Prokurorluğunun inzibati binasında yerləşən və onun nəzdində fəaliyyət göstərən Soyqırımı Memorial Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun əməkdaşları, deputatlar, habelə ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları Soyqırımı Memorial Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, həmçinin Xocalı soyqırımı qurbanları haqqında məlumatların əks olunduğu slayd nümayiş etdirilib.
 

Bundan sonra konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad olunmasından, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib.


Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, əldə edilən uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyəti töhfələr verməkdədir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, həmin dəhşətli gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, bütün bunların Azərbaycan Respublikasının Baş Prokurorluğunda və Hərbi Prokurorluğunda istintaq olunmuş cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlətimizin başçısının müstəsna xidmətlərinin, müdrik liderin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışlarının və müsahibələrinin nəticəsidir.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə mühümlüyünü qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Hərbi prokuror Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın işğal altında olmuş ərazilərində törədilmiş müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsəd ilə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il 5 may təşəbbüsü əsasında həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Hərbi Prokurorluğuna tapşırılıb və iş uzun müddət Hərbi Prokurorluqda istintaq olunub.

Cinayət işi Hərbi Prokurorluqda istintaq olunduğu müddətdə 81 mindən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 mindən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 mindən artıq şəxs şahid qismində dindirilib, 18 mindən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34 minə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işinin Hərbi Prokurorluqda istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də olub.

Sözügedən işlər üzrə yekunlaşmış və hazırda davam edən istintaq və məhkəmə proseslərini xüsusi vurğulayan hərbi prokuror Xanlar Vəliyev xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş bütün şəxslərin öz layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.
 

Tədbirdə deputatlar - Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Müşfiq Cəfərov, Nigar Arpadarai və digər şəxslər də bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxış ediblər.


Milli Məclisin deputatları, həmçinin Hərbi Prokurorluq tərəfindən görülən mühüm əhəmiyyətli işlərə, o cümlədən sülh və insanlıq əleyhinə olan və digər cinayətlərin istintaqını peşəkarlıqla apardıqlarına, eləcə də Soyqırımı Memorial Muzeyinin yaradılmasına görə ədliyyə general-leytenantı Xanlar Vəliyev başda olmaqla bütün kollektivə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə soyqırımı haqqında hazırlanmış “Əsrin faciəsi” rəqəmsal videodiski nümayiş etdirilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Dünyaca məşhur futbolçumüsəlman oldu - FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Vəkil Elşad Məmmədov SAXLANILDI

Vəkil Elşad Məmmədov SAXLANILDI

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

End of content

No more pages to load

RADİO