Bu gün Ermənistan parlamentinə özlərinə baş nazir seçəcəklər. Hakim Respublika və onun koalisiya ortağı olan “Daşnaksütyun” bu posta Serj Sarqsyanın namizədliyini irəli sürəcək. Ermənistan konstitutsiyasında edilən dəyişikliyə görə ölkəni bundan sonra baş nazir idarə edəcək. Sözsüz bu da Sarqsyan hakimiyyətinin növbəti saxtakarlığıdır. Aprelin 13-dən isə Sarqsyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq Ermənistanda xalq mintinq keçirir.xa0
Hərbi ekspert Azad İsazadə Moderator.az-a açıqlamasında bildirib ki, etirazlara baxmayaraq Sarqsyan baş nazir seçiləcək:
“Etirazlara baxmayaraq çox güman ki, baş nazir Serj Sarqsyan olacaq. Çünki rəsmi götürsək parlamentdə də səs çoxluğu onun tərəftarlarındadır. Amma ümumiyyətlə sosial gərginlik Ermənistanda davam edəcək. Sarqsyanı gözdən salan bir çox səbəblər var. Buna səbəb korrupsiyanın çiçəklənməsi, aprel döyüşlərindəki məğlubiyyət və bu məsələlərdən öncə də o, böyük nüfuza malik deyildi. Daxili vəziyyətdə də millətçilər ondan narazıdılar ki, Ermənistan döyüşlərdə Azərbaycana kifayət qədər cavab verə bilmədi. Solçular da iqtisadi sosial vəziyyətin bərbad halda olmasına etiraz edirlər. Sarqsyanın özünü də dəyişməsələr, siyasətində dəyişikliklər olmalıdır”.
Vasif Əlihüseyn