Qərbin ənənəvi TAKTİKASI – Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR

COP29 və iqlim dəyişməsi ilə əlaqədar bu vəziyyətlə əlaqədar çətin duruma düşən dünya xalqları inkişaf etmiş, böyük maliyyə qaynaqlarına malik Qərbdən yeni maliyyə öhdəlikləri gözləyirlər. Bu isə o deməkdir ki, bəşəriyyəti təhlükə altına ala biləcək iqlim dəyişikliyinə qarşı mübarizədə bir çox digər ölkələr kimi, Qərb də aktiv iştirak etməli, təhlükənin qarşısını almaq üçün prosesə töhfə verməlidirlər.

Qərb isə öz ampluasındadır
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə REAKSİYA


Ancaq bu kimi qlobal problemlərin həllinə pul ayırmamaq əvəzinə Qərb ənənəsinə sadiq qalaraq COP29-a ev sahibliyi edən ölkəyə qarşı hücumlar edir, böhtan və şantaj kampaniyası aparır. Bu da onu göstərir ki, kollektiv Qərbin ölkəmizə qarşı şantaj kampaniyasının arxasında qlobal iqlim dəyişikliklərinə, bu istiqamətdə atılan addımlara maliyyə yardımları ayırmaqdan yayınmaq məqsədi dayanır.

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi də buna örnəkdir. Ermənipərəst ruhda hazırlanmış bu qətnamədə Azərbaycana qarşı absurd ittihamlar irəli sürülüb.

Qərb ikiüzlülüyündən niyə əl çəkmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Qərb iqlim dəyişikliyinə həsr ediləcək COP29-la bağlı qəbul etdiyi qərarın heçə endirilməsi istiqamətində kampaniya aparırsa, bu acınacaqlı haldır:

“COP29-a qarşı həqiqətən də ciddi kampaniya aparılır. COP29-un dəyərsizləşdirilməsi, onun əhəmiyyətsizləşdirilməsi üçün böyük çalışmalar həyata keçirilir. Bunu da edənlər özlərini demokratik sayan Qərb dövlətləridir. COP29-un Azərbaycanda keçirilməsi qərarı dövlətlərin böyük əksəriyyətinin razılığı ilə qəbul olunub. Ardınca həmin qərarın heçə endirilməsi istiqamətində kampaniya aparılırsa, bu acınacaqlı bir durumdur”.

F.Mustafa hesab edir ki, bu məsələdə Azərbaycan cəmiyyətinin bütövlükdə səfərbər olması lazımdır:

“İdeoloji, siyasi, təbliğat işlərini gücləndirməliyik. Tədbirin əhəmiyyətilə bağlı daha çox işlər görülməlidir. Başqa dövlətlərlə əməkdaşlıq imkanlarını da genişləndirməliyik. Burada siyasi baxışlara, dünyagörüşünə əhəmiyyət vermirik. Bütövlükdə iqlim dəyişikliyinin yaratdığı təhlükələrdən dünyamızı qorumaq prinsipini əsas götürərək addımlar atırıq.

Həmçinin, dünya ölkələrinin iqlim dəyişikliyilə bağlı verə biləcəyi töhfələri müzakirə edirik. Ona görə də burada siyasi çalarlar axtarmaq, Azərbaycana qarşı münasibəti COP29-la qarışdırmağın nə anlamı var?


Hansısa dövlətin baş naziri elan edir ki, tədbiri boykot edəcək. Bundan böyük səviyyəsiz davranış ola bilməz. Bu məsələlərə çox da aludə olmamalı, daha çox anlayan, başa düşən, dünyanın gələcəyilə bağlı narahatlıq keçirən qüvvə və ölkələrlə işləməli və bu işimizi intensivləşdirməliyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO