Orta Dəhlizin Cənub qolu – Naxçıvanın inkişafı üçün TARİXİ İMKAN – TƏHLİL

2025-ci ildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Ağbənd-Naxçıvan yolu istifadəyə veriləcək. Bu təkcə Azərbaycanın ictimai-siyasi həyatı üçün yox, bütövlükdə region üçün əlamətdar hadisədir. Çünki bu yol Orta Dəhlizin Cənub marşrutu üçün əsas halqadır.

Orta dəhlizin Cənub marşrutu dünyanın diqqət mərkəzində

Digər tərəfdən, Ukrayna-Rusiya və Yaxın Şərqdə münaqişə uzandıqca Qərblə Şərq arasında olan ənənəvi dəhlizlər təhlükə altında qalır. Ona görə də bütün dövlətlər əsas diqqəti Orta Dəhlizə və onun Cənub marşrutuna yönəldir.

Təsadüfi deyil ki, 15-16 oktyabr 2024-cü il tarixlərində Pakistanın paytaxtı İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 15-ci iclasında müzakirə edilən məsələlərdən biri də məhz Şimal-Cənub və Qərb-Şərq dəhlizləri olub.

Hətta Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq, biznesə əlavə imtiyazlar yaradacaq və yük axınlarını artırmağa imkan verəcək.

Təbii ki, Orta Dəhlizə artan marağı nəzərə alan Azərbaycan hökuməti də yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin ana xətti Orta Dəhlizin Cənub marşrutunu canlandırmaq və Şimal-Cənub dəhlizinin tam gücü ilə işləməsinə nail olmaqdır.

İranda hansı məsələlər müzakirə olunub?

Təsadüfi deyil ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə İrana səfər edib. Səfər çərçivəsində Rövşən Rüstəmov İranın dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib. İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.

Göründüyü kimi, Orta Dəhlizin Cənub marşrutuna və Şimal-Cənub dəhlizinə digər region ölkələri kimi İran da ciddi maraq göstərir.

“Zəngəzur dəhlizinin açılma imkanlarını daha da genişlənir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması zaman məsələsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Daha qısa və daha TƏHLÜKƏSİZ – Orta Dəhlizin Cənub marşrutu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ


“Yəni gec-tez bu dəhliz fəaliyyətini bərpa edəcək. Bu mənada ADY ilə İranın dəmir yolu administrasiyası arasında təmaslar çox vacibdir. Təbii ki, təmasların artması inşaat işlərini sürətləndirir. Ümumiyyətlə, kommunikasiyaların yenidən açılması bütövlükdə regionun inkişafı baxımından vacibdir. Bu kommunikasiyaların da ən vaciblərindən biri Zəngəzur dəhlizidir. Əgər Ermənistan həqiqətən davamlı sülhün olmasında maraqlıdırsa hökmən  kommunikasiyaların yenidən açılmasında da maraqlı olmalıdır.

Kommunikasiyaların bərpası təbii ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın - Zəngəzur dəhlizinin açılması anlamına gəlir. Bu mənada İranla Azərbaycan arasında təmasların artması, müzakirələrin aparılması Zəngəzur dəhlizinin açılma imkanlarını daha da genişləndirir”.

Orta dəhlizin Cənub marşrutunun iqtisadi potensialı

Qeyd edək ki, bu ilin 8 ayında Orta Dəhliz vasitəsi ilə 212 blok qatarı göndərlilib ki, bu da 420 min ton yük deməkdir. Amma Cənub marşrutunun imkanları bundan qat-qat artıqdır. Proqnozlara görə, ilin sonuna qədər bu marşrut üzrə 300 blok qatar yola salınacaq. Bundan əlavə, yaxın zamanlarda Çindən bu marşrut üzrə ayda 100, ildə isə 1000 blok qatarının yola salınması planlaşdırılır. 

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə demişdi ki, 2030-cu ilədək Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq mümkündür.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO