Rusiya Azərbaycana təzyiqin faydasız olduğunu ETİRAF ETDİ – Qərb nə vaxt ANLAYACAQ?

Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirmişdi ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər:

“Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz… Görməli və bilməlidirlər ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”.

Bu fikirlər qüdrətli Azərbaycanın, regional gücdən beynəlxalq aktora çevrilməkdə olan bir dövlətin qətiyyətinin göstəricisi idi.

Bəzi qlobal güclər reallıqla barışır

Təsadüfi deyil ki, bəzi güclər artıq bu reallıqla barışır, həqiqəti dərk edirlər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycana təzyiq göstərmək faydasızdır.

XİN sözçüsü qeyd edib ki, COP29 öncəsi Qərbin Azərbaycana təzyiqi barədə danışan Rusiya XİN sözçüsü qeyd edib ki, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi rıçaq kimi istifadə olunur:

“Bu, ABŞ-ın klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Vaşinqton bu tədbirin sədri olan dövlətə təzyiqi artırır. Biz bunu 2022-ci ildə Şarm-əl Şeyxdə keçirilən COP öncəsi, ötən il Dubayda keçirilən tərəflərin konfransı zamanı da görmüşdük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Düşünürəm ki, Azərbaycana təzyiq göstərmək faydasızdır”.

Son bir ildə 16 qanunvericilik təşəbbüsü

Nəzərə alaq ki, Azərbaycana qarşı edilən təzyiqlərin hamısı subyektiv maraqlardan qaynaqlanır. Məsələn, ABŞ Konqresində son bir il ərzində Azərbaycan əleyhinə 16 qanunvericilik təşəbbüsü irəli sürülüb. Halbuki, onların hamısı beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir. Yəni erməni lobbisinin sözçüsünə çevrilən konqresmenlər aldıqları yüksək qonorarın “haqqını vermək” üçün bu cür təşəbbüslərlə çıxış ediblər.

Amma rəsmi Vaşinqton da Konqresdən geri qalmayıb. Məsələn, 2023-cü ilin noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etdi. O zaman Senatda çıxış edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn  Azərbaycana qarşı çox sərt danışdı.

Bildirdi ki, ABŞ Azərbaycana qarşı hərbi yardımı dayandırmalıdır. Halbuki, Azərbaycanın ABŞ-ın hərbi yardımına heç zaman ehtiyacı olmayıb. Üstəlik, Vaşinqtonun hərbi yardımı hər zaman simvolik olub. Ceyms O’Braynın ikinci əsas fikri bu olmuşdu ki, ABŞ Azərbaycanla təmaslara ara verməli, yüksək səviyyəli nümayəndələrin Azərbaycana səfəri dayandırılmalıdır.

Lakin hələ o zaman rəsmi Bakı Senatın bu qərarına və O’Braynın sayıqlamalarına soyuqqanlılıqla yanaşdı. Nəticədə, bu hadisədən 10 gün sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini İlham Əliyevdən xahiş etdi.

Bu gün də tarix təkrar olunur.

Bir dəstə ermənipərəst konqresmen sentyabrda ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirdi. Azərbaycanın sərt reaksiyası  qarşısında Ağ Ev yenidən geri çəkildi və adəti üzrə yenə də Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və “əbədi dostluq” nağılı danışdı.

“Qozbeli qəbir düzəldər”…

Göründüyü kimi, Azərbaycanın gücünü və iradəsini açıq şəkildə hiss edən ABŞ yenə də öz iddiasından əl çəkmir. Hansısa şəkildə Azərbaycana təzyiq etməyə çalışır. Bütün bu addımlarsa yersiz və əhəmiyyətsizdir. Çünki Azərbaycanın mövqeyi ədalətli, iddiası isə haqlıdır. Amma okeanın o tayındakılar ədalətin və haqqın yox, pulun yanında dayandıqları üçün bu həqiqəti dərk edə bilmirlər.

Bu məsələyə isə ən yaxşı cavabı Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxraova keçirdiyi brifinqdə verib:

“Aşkara çıxarılan panamerikan qalmaqalı onu deməyə əsas verir ki, amerikalı konqresmenlər özlərinə məşğul olmaq üçün iş tapıblar. Əgər onlar öz vəzifələrini sadəcə olaraq beynəlxalq lobbiçilərdən pul almaq işi kimi görürlərsə, o zaman bəlkə də “Konqres”i “Amerika Lobbisi” və ya “Lobbi Agentliyi” adlandırmaq lazımdır. Sadəcə olaraq ora pul göndərmək lazımdır. Onda qoy bu insanlar işləməyə başlasınlar”.

Bəli, bu gün supergüc olan ABŞ və onun hüquqi təsisatları dünyanı yönəltmək və daha çox pul qazanmaq üçün bütün vasitələrə əl atırlar. Amma özünəheyranlıq bir çox hallarda amerikalıları çaşdırır. Azərbaycan kimi haqqın və ədalətin yanında dayanan dövlətə də söz atırlar. Amma amerikalılar söz oyunundan o tərəfə keçə bilmirlər. Çünki onların qarşısında müstəqil siyasət yürüdən bir dövlət dayanıb.

Bu reallığı nə qədər tez dərk eləsələr, özləri üçün də, region üçün də bir o qədər yaxşı olar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Quba-Xınalıq yolunda hərəkət qismən bərpa olundu - VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

End of content

No more pages to load

RADİO