Prezidentdən TARİXİ MESAJ – Qərbi azərbaycanlıların qayıdışı hansı formada REALLAŞACAQ?

Azərbaycan Prezidenti İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin şərəfinə ucaldılan abidənin açılış mərasimində çıxışı zamanı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm mesajlar verib.

“Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir? – SORĞU


Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”, - deyə Dövlət başçısı bəyan edib. 

Bəs soydaşlarımızın doğma yurdlarına qayıdışı hansı formada reallaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ustad aşıq Dədə Ələsgərin Bakıda ucaldılan abidəsi önündə tarixi çıxış edib: 

“Dövlət başçısı bildirdi ki, 97 yaşında ermənilərin etnik təmizləmə siyasətinə məruz qalaraq, yaşadığı yurdu məcburən tərk edərək, Kəlbəcərə gəlməsinə baxmayaraq, 3 il sonra yenidən öz doğma kəndinə qayıtdı. Bu həm də bir fədakarlıq nümunəsidir. Üstəlik indiki tarixi şəraitdə gənc nəslə nümunə olacaq bir hərəkətdir. Həmin açıqlama Prezidentin hazırkı gənc nəslə, onların vətənpərvərlik keyfiyyətlərinə xitabı idi. 

Azərbaycan Prezidenti 100 illik tariximizə ekskursiya edərək, sosial-siyasi arxeologiya apardı və dedi ki, son bir əsrdə Azərbaycan xalqı Ermənistandan 3 dəfə deportasiyaya məruz qalıb. Yəni ermənilər dövlət qurar-qurmaz Azərbaycana qarşı soyqırım aparıb. 1918-ci ilin etnik təmizləmə siyasətinin qurbanlarından biri Aşıq Ələsgərdir”. 

Deputat qeyd edir ki, Prezident burada bir müqayisə apararaq birinci və ikinci deportasiyadan sonra Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdaraq yenidən dədə-baba yurdlarında yaşadıqlarını vurğulayıb: 

“Ardınca əminliklə qeyd etdi ki, üçüncü deportasiyadan sonra da Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaq. Tarix təkrarlanır və biz tarixi torpaqlarımıza geri qayıdacağıq”. 

“Prezident həmin torpaqlara sülh yolu ilə qayıtmağımız üçün münbit zəmin yaradacaq”

Həmsöhbətimizin fikrincə, Prezident burada Qərbi Azərbaycana qayıdışın tarixi, mənəvi kodları ilə bərabər, həm də aparılan siyasəti təqdim etdi və dedi ki, bir gün Aşıq Ələsgərin doğulduğu kənddə də bənzər tədbir keçiriləcək:

“Bu Prezidentin apardığı siyasətə, onun uğurlu nəticələrinə inamıdır. Onun “Nəyi nə zaman edəcəyəm” fikirlərinin növbəti təntənəsidir. Bu ondan xəbər verir ki, Qərbə Azərbaycana qayıdış konsepsiyası əsasında Azərbaycan Prezidenti həmin torpaqlara sülh yolu ilə qayıtmağımız üçün münbit zəmin yaradacaq. Bu isə Qərbi azərbaycanlılarda böyük inam və ümid yaradır”. 

H.Babaoğlu deyib ki, Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlı üçün milli prioritet və vəzifədir:

“Bu təkcə Qərbi Azərbaycana qayıdış deyil, həm də xalqımızın tarixi torpaqlarımızın bir parçası olan coğrafiyaya yenidən qayıdışıdır. Milli mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın yenidən bərpasıdır. Yeni siyasi reallıqda əldə etdiyimiz yeni nailiyyətlər kontekstində Aşıq Ələsgərin heykəlinin açılışı bir ustad və şairə qoyulan heykəldən daha böyük məna ifadə edir. Bu da Qərbi Azərbaycana qayıdışın simvolu və siyasi kompas rolunu oynayacaq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO