Haniyənin ölümünə susdular, Nəsrullaha görə də səsləri ÇIXMADI... - İran siyasi xəttini DƏYİŞİR?

İsrailin Qəzza bölgəsində HƏMAS-a qarşı hücumu, ardınca sözügedən qrupun lideri İsmayıl Haniyə, SEPAH generallarının öldürülməsi fonunda İran dəfələrlə bəyan etdi ki, bu addımlara görə Təl-Əvivdən qisas alacaq. Lakin baş verən son hadisələrə baxmayaraq, görünən odur ki, Tehran susur. Artıq İsrail “Hizbullah”ın lideri Həsən Nəsrullahı da aradan götürüb. Buna rəğmən İsraili yer üzündən siləcəyini vəd edən İran yenə susmağa davam edir. 

Görəsən, İranın susqunluğu nə ilə bağlıdır? Yoxsa İran xarici siyasət xəttini dəyişir?
 

MÖVZU İLƏ BAĞLI:

İrandan sensasion QƏRAR: "İsrail VURULACAQ!"


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Tehran ABŞ və İsrail qarşısında acizdir və onlara İrana hücum vermək üçün bəhanə verməkdən çəkinir. Bu səbəbdən də baş verən hadisələrə hələlik göz yumur: 

“Tehran gözəl anlayır ki, İsrail hazırda onları müharibəyə cəlb etmək üçün var gücü ilə çalışır. Bu zaman təbii ki, İrana qarşı əsas zərbə qüvvəsi İsrail olmayacaq. Əsas zərbə qüvvəsi ABŞ olacaq. ABŞ-ın hərbi gücü İranınkından 10-15 dəfə çoxdur. Yəni müharibə başlasa, bu İran ərazisində olmayacaq. Uzaq məsafədən raket və təyyarələrlə İranı viran qoyacaqlar. ABŞ üçün əsas maddi və siyasi maraqdır. Müharibə başlasa, İran Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, İraq, Suriyada yerləşən amerika qüvvələrinə zərbələr endirə bilər. Amma bu çox məhdud miqyaslı olacaq. 

Hazırda ABŞ-ın 4 təyyarə daşıyan gəmisi və hərəsinin də ətrafında 16 ədəd böyük hərbi gəmilər şimal və cənubdan İran ətrafındadır. İsrailin 500-ə yaxın təyyarəsi var. İranın hərbi təyyarələri isə şah dövründən qalma köhnə təyyarələrdir. Onlar da demək olar ki, uçmur. Rusiya da İrana hərbi təyyarə satmır. İranın özünün hərbi təyyarə istehsal etmək üçün elmi-texniki bazası yoxdur. Raketləri olsa da, təcrübə göstərdi ki, onların da böyük zərbə gücü yoxdur”. 

Həmsöhbətimizin fikrincə, İran indiki halda gözləyir ki, vəziyyət nə vaxtsa dəyişə bilər:

“Belədə, İran faktiki olaraq Amerika və İsrail qarşısında aciz qalıb. Ona görə də indiki halda Tehran onlara İrana hücum etmələri üçün bəhanə vermək istəmir. Qərb İranı təxribata çəkir, Haniyəni, Nəsrullahı, gah da SEPAH generallarını öldürür. İstəyirlər ki, İran bunlara cavab versin və onlar da Tehranı təcavüzkar adlandırıb, vurmağa başlasın. İran indi gözləyir, ümid edir ki, vəziyyət nə vaxtsa dəyişəcək...” 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO