İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM

İordaniya Kral Film Komissiyası İordaniya əsilli erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin ölkəm” sənədli filmini “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Deadline.com” nəşri məlumat yayıb.

Qeyd edək ki, sözügedən filmdə keçmiş Qarabağ münaqişəsi ilə bağlı reallıqlar açıq şəkildə təhrif edilib. Filmdə Qarabağda yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejen adlı erməni uşağın hekayəsindən bəhs edilir. Ekran işində həmin uşağın Azərbaycana qarşı döyüşməyə hazırlaşmasından bəhs olunur. Filmin adından da göründüyü kimi, tarixə qovuşmuş Qarabağdakı qondarma rejim “şirin ölkə” kimi təqdim olunur. 

Təbii ki, İordaniyanın bu addımı heç də anlaşılan deyil.

Çünki İordaniya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Azərbaycan ilə İordaniya arasında diplomatik münasibətlər isə 13 fevral 1993-cü il tarixində qurulub. 28 may 2006-cı il tarixində Azərbaycan Respublikasının İordaniyada, 2007-ci ilin may ayının 5-də isə İordaniyanın Azərbaycanda Səfirliyi açılıb.

2006-2010-cu illərdə isə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğu dövr hesab olunur. Bu 4 il ərzində İordaniya kralı II Abdullah Azərbaycana üç dəfə səfər edib. 

Qarşılıqlı münasibətlər sonrakı illərdə də davam edib və hər iki ölkənin rəsmiləri arasında çoxsaylı görüşlər baş tutub. Hətta 2015-ci ilin 12 iyunda İordaniya şahzadəsi Feysal bin Hüseyn Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Bundan əlavə, Azərbaycan və İordaniya arasında bir çox müqavilələr də imzalanıb. 

Bəs İordaniya niyə erməni təbliğatına həsr olunan filmi Oskara namizəd göstərdi?

İş orasındadır ki, İordaniya və Ermənistan arasında da strateji əlaqələr mövcuddur. Kral II Abdullanın 2020-ci ilin fevralında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə sürətləndirdi.

Həmin ilin iyulunda, Tovuz döyüşlərindən bir neçə gün sonra isə İordaniyanın Ermənistana silah satışı ilə bağlı məlumatlar yayıldı:

“Hazırda İordaniya və Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq İrəvana silah və sursatların, xüsusilə İordaniyada istehsal olunan RPQ-32 əl qumbaraatanlarının tədarükü də daxil olmaqla geniş spektri əhatə edir. 2013-cü ildən İordaniya Rusiyadan sonra bu tip qumbaraatan istehsal edən ikinci ölkədir və Əmmanda bu silahın rəsmi adı - "Nashshab"dır. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana təqdim edir”.

Bu məlumatların üzə çıxmasından cəmi 3 gün sonra, iyulun 27-də İordaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Həmin görüşdə İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb. İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. 

Cəmi iki gün sonra İordaniya XİN bəyanat yayaraq, Ermənistana silah göndərmələri ilə bağlı məlumatı rəsmən təkzib etdilər.

İordaniyanın bu addımı təəssüf doğurur...

2020-ci ildəki bu diplomatik soyuqluqdan sonra ölkələrimiz arasında münasibətlər yenidən normallaşıb. Hətta bu ilin aprelində iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş də imzalanıb.

Bütün bu faktorları nəzərə aldıqda, İordaniyanın erməni təbliğatına həsr olunan filmi dünyanın ən nüfuzlu film müsabiqəsinə təqdim etməsi heç də anlaşılan deyil. İstənilən halda, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirən, ölkəmizlə böyük əməkdaşlıq əlaqələrinə sahib olan bir ölkənin bu addımı atması təəssüf doğurur.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO